Ermənistan ordusu daha bir hərbçi itirdi
26 May 2016 14:52 DünyaErmənistan ordusu daha bir əsgərini itirib. Ermənistan KİV-i xəbər verir ki, ötən gün günorta saatlarında "Meqri" klinikasına daxil olan yaralı çavuş Akop Qevorkyan ölüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, faktla bağlı Qevorkyanın əsgər yoldaşı Q.Kosobolyan həbs olunub. Onların mübahisə etdiyi və bu zaman Kosobolyanın Qevorkyanı döş qəfəsindən bıçaqladığı məlum olub. Q.Kosobolyan bu gün həbs olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00