Uşaqları zorlayanlar axtalanacaqlar
26 May 2016 14:51 Dünyaİndoneziyada uşaq istismarçılarına qarşı edam cəzası qəbul edilib. Modern.az-ın xarici KİV-nə istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Joko Vidodonun imzaladığı sərəncama əsasən, uşaqları cinsi istismar edən və zorakılığa məruz qoyanlar axtalanaraq edam ediləcəklər. Ölkə rəhbəri açıqlamasında deyib ki, yeni qanunla uşaqlara qarşı cinsi zorakılığın yol açdığı fəsadlar aradan qaldırılacaq. Joko Vidodo bu cür cinayətkarların ağır cəzalara layiq olduğunu vurğulayıb. Qəbul edilən qanuna əsasən, əvəllər uşaqları cinsi zorakılığa məruz qoyaraq həbs edilmiş və hazırda azadlıqda olan şəxslərə xüsusi elektron izləmə cihazı-naviqator qoyulacaq. Xatırladaq ki, İndoneziyada bir müddət öncə 14 yaşlı məktəbli qızın dərsdən evə qayıdarkən bir qrup tərəfindən kütləvi şəkildə cinsi zorakılığa məruz qalması və 18 yaşlı fabrik işçisinin zorlanaraq öldürülməsindən sonra xalq ayağa qalxaraq, bu cür hərəkətlərə ən ağır cəza tələb etmişdi.