Rusiya casusları tutuldular

İtaliyanın paytaxtı Roma şəhərində polis rus casuslarını həbs edib. Axar.az bildirir ki, Portuqaliyadan göndərilən sorğu nəticəsində İtaliya polisinin keçirdiyi əməliyyat nəticəsində Rusiya vətəndaşı olan portuqal və rus həbs ediliblər. İtaliya polisinin yaydığı məlumata görə, onlar Lissabonun məxfi xidmətlərinin əməkdaşlarıdır və Moskvanın məxfi xidmətləri ilə birbaşa əlaqəlidirlər. Verilən məlumata görə, şəxslər həbs edilərkən üzərlərindən külli miqdarda pul və məxfi məlumat tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00