Dmitri Peskov Ukrayna prezidentinin Krımı qaytaracağı ilə bağlı bəyanatını şərh edib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünən Nadejda Savçenkonun geri qayıtmasından sonra Ukrayna prezidenti Pyotr Poroşenkonun Donbas və Krımı da geri qaytaracaqları ilə bağlı söylədiklərini şərh edib.  "RİA Novosti" agentliyi xəbər verir ki, Peskov bununla bağlı deyib: "Əgər o, humanizm prinsipləri çərçivəsində Donbası geri qaytaracağını nəzərdə tutursa, bu bəyanatı yalnız dəstəkləmək olar. Moskva özü də elə buna ümid bəsləyir. O ki qaldı Krıma, Rusiya regionlarına ərazi iddialarını şərh etmirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00