Putin Savçenkonu niyə əfv etdi? - Səbəb AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putin bu ölkədə həbsdə olan ukraynalı hərbçi Nadejda Savçenkonun əfv edilməsi barədə sərəncam imzalayıb. Bu barədə azvision.az-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katiib Dmitri Peskov deyib. Peskov, həmçinin Milli qəhrəman Savçenkonun Kiyevdə olduğunu təsdiqləyib. Bildirilib ki, Savçenkonun əfv olunmasını onun qətlə yetirdiyi rus jurnalistlərin valideynləri xahiş edib. Xatırladaq ki, martın 22-də Rusiyanın Rostov vilayətinin Doneçk şəhər məhkəməsi sabiq Ukrayna hərbçisi Nadejda Savçenkonun 22 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib. Savçenko "VQTRK" şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində, həmçinin Rusiya Federasiyası sərhədlərinin qanunsuz şəkildə keçməkdə şübhəli bilinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00