Neft nəhəngi daha 2 min işçisini çıxardır

"Şel" şirkəti özünün 2,2 min işçisini ixtisar edəcək. Axar.az bildirir ki, bu barədə informasiya şirkətin rəsmi saytında yerləşdirilib. İxtisarlar şirkətin daha çox Böyük Britaniya və İrlandiyadakı şöbələrində aparılacaq.

Qeyd edək ki, "Şel" son 1 il ərzində 12500 nəfəri ixtisara salıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00