İŞİD Suriyadan çıxarılır
25 May 2016 16:16 DünyaXəbər verdiyimiz kimi, aralarında PYD qüvvələrinin də olduğu Suriya Demokratik Qüvvələri İŞİD-in paytaxtı Rakkada əməliyyatları davam etdirir. Axar.az xəbər verir ki, ABŞ liderliyindəki koalisiya qüvvələrinin havadan dəstək verdiyi əməliyyatlar zamanı Türkiyə sərhədi yaxınlığındakı Tel Abyaddan Rakkanın 60 kilometr şimalındakı Ayn İsa bölgəsinə qədər geniş bir ərazi terrorçulardan təmizlənib. PYD və Suriya Demokratik Qüvvələri daxilindəki digər hərbi birləşmələr şimal bölgəsini tam azad etdikdən sonra Rakka şəhərinə əməliyyat təşkil ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00