Lavrov: “Qazprom Avropanın cənubunda...”
25 May 2016 15:52 Dünya"Qazprom" Avropanın cənubunda energetika sahəsində əlavə imkanları öyrənmək istəyir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, "Qazprom" Avropanın cənubunda bir sıra layihələri də öyrənir. O, həmçinin Avropanın cənubuna qaz göndərilməsi üçün yeni tranzit yollarının da axtarıldığını bildirib.
Qeyd edək ki, Rusiya bir müddət öncə Ukrayna və Türkiyə ilə sərt münasibətlər ucbatından "Cənub axını" layihəsini dayandırıb. Moskva hazırda Xəzər qazını Avropaya daşıyan Cənub Qaz Dəhlizini özü üçün əsas təhdidlərdən biri hesab edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00