Donbas Ukraynanın tərkibinə qayıtmaq üçün şərt irəli sürdü

Separatçı "Donetsk Xalq Respublikası"nın "prezidenti" Aleksandr Zaxarçenko bölgənin Ukraynanın tərkibinə qayıtması üçün şərtlərinin olduğunu deyib. Ukrayna KİV-i xəbər verir ki, Zaxarçenko bununla bağlı Ukrayna sakinlərinə müraciət edib. "İlk növbədə Ukrayna dövlət halına qayıtmalıdır. Hakimiyyət dəyişməli, 2014-cü ildə baş verən dövlət çevrilişi pislənilməlidir. Bundan sonra seçkilər keçirilməli, Ukrayna unitar dövlətdən, konfederasiya halına gətirilməlidir". Separatçı lider regionun referendum yolu ilə Rusiyaya birləşə biləcəyini də istisna etməyib. Onun fikrincə, hazırkı məqamda bu məsələ müzakirə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00