Bu gün sonuncu Qədr gecəsidir
17:06 DinBu gün Azərbaycanda Ramazan ayının sonuncu Qədr (Əhya) gecəsidir.
Olaylar.az xəbər verir ki, bu Qədr gecəsi martın 16-dan 17-ə keçən gecəyə təsadüf edir.
Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil olub. Bu gecə "leylət al-Qadr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!" (Qədr surəsi, 3-5)
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31