Komitə sədri Albaniyanın sabiq prezidenti ilə görüşüb
30 Oktyabr 2014 16:34 DiasporaDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Albaniyanın sabiq prezidenti Recep Meydani ilə görüşüb. Komitədən "OLAYLAR"-a bildirilib ki, görüşdə 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqlar - Forumda müzakirə ediləcək mövzular, dəvət ediləcək qonaqlar və s. haqda fikir mübadiləsi aparılıb. Söhbət zamanı Forumun əhəmiyyəti xüsusi vurğulanıb, bildirilib ki, tədbir Azərbaycan, bölgə, eləcə də Avropa məkanı üçün vacib və önəmli hadisədir. Müzakirələrdə artıq üçüncüsü keçiriləcək beynəlxalq forumun dünyada baş verən siyasi proseslərin, münaqişələrin qarşılıqlı əməkdaşlıq və dialoq yolu ilə həllinə öz real töhfəsini verdiyinə inam ifadə olunub. Nazim İbrahimovla Recep Meydaninin görüşündə Madrid Klubu, dünyanın digər nüfuzlu təşkilatları ilə əməkdaşlıq məsələləri, yeni birgə layihələrin həyata keçirilməsi, həmçinin Albaniya ilə Azərbaycan arasında diaspor fəaliyyəti istiqamətində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.