Diaspor təşkilatı Macarıstan Parlamentinə müraciət edib

Macar-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Macarıstan Parlamentinə müraciət ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, müraciətdə münaqişə haqqında məlumat verilərək bildirilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə başlayıb və 1991-1994 illərdə aktiv fazaya keçən müharibə nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi -  Dağlıq Qarabağ və ona bitişik yeddi inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bölgədə yaşayan bir milyon insan məcburi köçkün düşüb. Müraciətdə Xocalı faciəsi də xatırladılır. Müraciətdə daha sonra deyilir ki, bu gün Qarabağ münaqişəsində atəşkəs rejimi tətbiq olunsa da, hər il qarşı tərəfin atəşkəsi pozması nəticəsində onlarla insan həyatını itirir. Artıq 1995-ci ildən keçən atəşkəs dövrü  ərzində Azərbaycan beş mindən artıq hərbiçisini itirib. 2014-cü ilin səkkiz ayı  ərzində Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycan ordusunun 23 hərbçisi və onlarla dinc sakin həlak olub. Macar-Azərbaycan Dostluq Cəmiyyəti Macarıstan Parlamentinin üzvlərini və ölkə ictimaiyyətini bütün bunlara biganə qalmamağa çağırır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31