Azərbaycan diasporası və lobbisinin ortaq təşkilatlanması

Azərbaycanın qlobal müvəffəqiyyətində diaspora ən əhəmiyyətli fiqur kimi həmişə göz önündə olub

Hər bir dövlətin əsas güc ölçülərindən biri də onun diasporasıdır. Regionda və böyük çərçivədə qarşısına üstün dövlət olmaq məqsədi qoymuş Azərbaycan üçün də bu tezis əsas götürülüb. Dövlət siyasətində bu hər zaman özünü göstərir. Dövlətin bu gün əsas prioriteti Azərbaycanı müsbət inkişafı ilə seçilən ölkələr siyahısında liderliyə yüksəltməkdir. Diaspora ölkənin iqtisadi dəyərilə paralel olaraq, onun siyasi dəyərini ağırlaşdıran əsas vasitədir. Xarici ölkələrdə kifayət qədər vətəndaşı olan Azərbaycan bu amilləri gözardı etmir. Dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilməyi qarşısına məqsəd qoymuş Azərbaycan hədəflərinə xaricdən də çata bilər. Xaricdə yaşayan vətəndaşlarımızın problemlərilə maraqlanan bir qurumun yaradılması da hədəflərimizin müsbət yöndə olmasını sübut edir. Bu istiqamətdə Diasporla iş üzrə Dövlət Komitəsi üzərinə düşən vəzifələri çox peşəkarcasına yerinə yetirir. Bir çox ölkələrin təcrübəsində belə bir praktika olmadığı halda Azərbaycan artıq bu istiqamətdə də sözün əsl mənasında üstün mövqe nümayiş etdirir. Uzaq hədəfləri olan bir dövlət üçün belə bir qurumun təşkil olunması məqsədəuyğun qərar idi. İndi Azərbaycanın xarici ölkələrdəki diasporası öz işini sistemli və koordinasiyalı şəkildə həyata keçirir. Son illərdə bir çox ölkələr sürətli inkişafında diasporalarının kilid rolunu oynadığını önə çəkir və bunun gələcəyin inkişaf modeli olacağını nəzərdə tutur. Çox əsrlik dövlətçilik təcrübəsinə sahib olan Azərbaycanın inkişafının ən yüksək səviyyəsinə çatmaq siyasətinin ona qazandıracağı müsbət fikirlər ilk növbədə onun xarici ölkələrdəki vətəndaşlarının dövlətimiz barədə yaratdığı təəssüratlardan asılıdır. Bu çərçivədə müstəqillik illərində Azərbaycan dünya ölkələri arasında özü üçün müsbət imic formalaşdıra bilib. Azərbaycanın qlobal müvəffəqiyyətində diaspora ən əhəmiyyətli fiqur kimi həmişə göz önündə olub. Bu məzmunda da xaricdə yaşayan azərbaycanlıların üzərinə həyati və tarixi vəzifələr düşür.

Ortaq təşkilatlanma

Bu gün Azərbaycandan kənarda 40 milyondan çox azərbaycanlı yaşayır. Onların ən əhəmiyyətli hissələri Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən ölkələrdə fəaliyyət göstərirlər. Məsələn, Avropa ölkələri, ABŞ və Rusiyanın ölkəmiz üçün hansı səviyyədə vacib olması hər kəsə məlumdur. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan bu ölkələrdəki azərbaycanlıların bu yöndə çalışmaları problemin müsbət həllinin nəticəsini ortaya qoya bilər. Dövlət siyasətindən başqa, onun diasporasının da münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə təqdim etməsi ən ümdə vəzifəsidir. Bu çərçivədə Azərbaycan üçün xarici ölkələrdə yaşayan azərbaycanlıların sistemli işbirliyi və koordinasiyalı hərəkətləri böyük əhəmiyyət kəsb edir. Vətəndaşlarımızın işbirliyi üçün bu gün meydanda kifayət qədər ortaq dəyərləri var. Digər tərəfdən Azərbaycan hakimiyyətindən də diasporaya böyük dəstək var. Hakimiyyət xaricdə yaradılan ən kiçik dərnək və təşkilata belə isti baxır. Bu yöndə məsələlərin köklü həlli üçün xaricdəki diaspora nümayəndəliklərinin ortaq təşkilatlanması indiki həssas dönəmdə daha əhəmiyyətli ola bilər. Birləşmənin reallaşması üçün Azərbaycanın lehinə olan mühüm bir faktor var: Xalq və hakimiyyət arasında qarşılıqlı münasibətlər var. Eyni zamanda dövlət siyasətində xaricdəki Azərbaycan diasporasının qabağa çəkilməsi də əhəmiyyətli rol oynayır. Ortaq təşkilatlanma üçün digər müsbət elementlər var.

Fəaliyyətdə mütəşəkillik modeli

Diasporanın lobbi ilə ortaq təşkilatlanmasını yaratmaq üçün iqtisadi və siyasi güc yetəri qədərdir. Bunun üçün balansda xarici ölkələrdə təhsil alan minlərlə azərbaycanlı var. Yəni ki, kadr potensialı baxımından da heç bir problem yoxdur. Güclü olmaq üçün iqtisadi və təhsil potensiallarını birləşdirib mütəşəkkil lobbiçilik fəaliyyətini də ortaya çıxarmaq mümkündür. Diasporla lobbi fəaliyyətini tandemini təşkil etməklə Azərbaycan dilini qlobal müstəviyə də çıxarmaq olar. Xaricdəki soydaşlarımızın iqtisadi və təhsil baxımından inkişafı buna geniş imkan yaradır. Bu tale yüklü məsələlərinin həllində güclü motivasiya yarada bilər. Potensial imkanlarının birləşdirilməsi Azərbaycan qarşısında inanılmaz fürsətlər açacaq.

Diaspora və Dağlıq Qarabağ münaqişəsi

Ermənilər istənilən məsələlərdə, hər yerdə Azərbaycanın qarşısına çıxırlar. Amerikada, Rusiyada, Fransada və digər yerlərdə ehtiraslı şəkildə Azərbaycanın yox olmasını istəyən bu millətlə mübarizə aparmaq məcburiyyətindəyik. Ermənilərin azərbaycanlılara qarşı nifrəti nəsil şəcərəsilə ötürülmüş genetik koddur. Hər yerdə işimizə əngəl olmağa çalışırlar. Dağlıq Qarabağ və ətraf rayonların işğal olunmasından keçən 20 il ərzində öz ədalətsiz mövqelərinin tanıtdırılması üçün əl atmadıqları yol yoxdur. Hətta həmin ərazilərin işğalını "tarixi ərazilərin azad edilməsi" kimi qələmə verirlər. "Biz onları öldürmədik, onlar bizi qırdı" deyirlər. Səslərini daha güclü çıxarmaq səyindədirlər. Azərbaycanın ədalətli mövqeyinin tanıdılması üçün tarixçilər və siyasətçilər bu istiqamətdə kifayət qədər işlər görüblər. Yarandığı gündən bu zamanadək xaricdəki Azərbaycan diasporası da müsbət işlər görüb. İrəliləyişlərə də nail olmuşuq. Lakin Dağlıq Qarabağ münaqişəsinin qlobal müstəviyə çıxarıldığı indiki həssas məqamda diaspora əsas gücünü bu məsələnin üzərinə salmalıdır. Xaricdəki erməni təbliğatını pas vəziyyətinə salmaq üçün Azərbaycanın diaspora imkanları olduqca genişdir. Lobbinin da əsas fəaliyyət istiqaməti bu yöndə olmalıdır. Və bu yöndədir. Çünki münaqişə həll edilmədikcə, Azərbaycan siyasətinin əsas gündəmi Dağlıq Qarabağ problemi olacaq. Problemin həllində müəyyən qədər irəliləyişlər olduğu və bunun Ermənistanı narahat etdiyi bir dönəmdə xüsusilə diasporanın üzərinə böyük vəzifə düşür.

Ermənilərin Edqaryan həqiqətləri və diaspora

Ermənilər hər zaman başqalarının tarixini adlarına çıxmağı, özgələrinə aid mədəniyyəti özününkiləşdirməyi və hər şeyi öz adlarına məhv etməyi qarşılarına məqsəd qoymuş dağıdıcı varlıqlardır. Ayaq basdığı torpaqlarda özlərinə aid nəsə basdırıb onu "tarixiləşdirməyi" sevirlər. Yəni, bu qədər arsızdırlar. Erməni yazıçı Karol Edqaryan "Rise the Euphrates" adlı romanında öz millətinə xitabən yazır: "Siz uşaqlarınıza pis olan hər şeyi öyrətdiniz. Mən öz uşaqlarıma bunu öyrətmək istəmirəm. Uşaqlarımın başqalarının tarixinə ev sahibliyi etməsini istəmirəm". Edqaryan erməniləri oğurluq etdiyi xalqlardan üzr istəməyə çağırırdı. Bəli, bu millətin azərbaycanlılardan da üzr istəmək borcu var. Tarixə baxdığımız zaman da məlum olur ki, bu millət qaranlıq xislətini dəyişən deyil. Lakin ermənilərin əleyhinə olan faktları zaman-zaman dünya ekranında onların üzlərinə çırpmaqla hər şeyə nail olmaq mümkündür. Bu məsələ də diasporanın əhəmiyyəti yenə də qabağa çıxır.

"Haqsızlığa etirazımız var"

Diaspora fəaliyyətlərimizi qurduğumuz yerlərdə Azərbaycanın varlığını həmişə hiss etdirməliyik. Fəaliyyətin əsas kilid nöqtəsi də bu olmalıdır. Yerli xalqlarla qurulan isti münasibətlər, ancaq Azərbaycan haqqında müsbət fikirlərin formalaşmasına yol açacaq ki, bu da mühüm əhəmiyyət kəsb edir. Digər məsələlərlə yanaşı, millətimizin, dilimizin kinomuzun, milli bayramlarımızın və mədəniyyətimizin tanıdılması da diasporanın prioriteti olmalıdır. Elədir də. Tanıdılma sistemli və koordinasiyalı şəkildə aparılmalıdır. Xüsusilə işğal altında olan torpaqlarımıza özəl mədəniyyət bu təbliğatda ön sırada olmalıdır. Bundan başqa Azərbaycanın texnoloji nailiyyətləri də getdiyimiz ölkələrin yerli xalqlarına təqdim edilməlidir. Lobbi fəaliyyətlərinin təsirli olması üçün isə xaricdəki vətəndaşlarımızın öz iradələri birinci planda olmalıdır. Əks təqdirdə bu heç bir nəticə verməyəcək. Keçən illər ərzindəki uğurların davamını gətirmək üçün fəaliyyət mexanizmi əhatəli şəkildə genişləndirilməlidir. Dövlət vətəndaşlarının ona bağlı olduğunu unutmur və problemlərinin həllində hər zaman dəstəyini nümayiş etdirir. Hər kəs bilməlidir ki, bizim bir Vətənimiz var, o da Azərbaycandır. Biz Vətənimizə xidmət etməliyik. Hər birimizin şüarı eyni olmalıdır: "Bizim Azərbaycana edilən ən kiçik haqsızlığa etirazımız var!".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31