Rusiyadakı Azərbaycan diasporunu güclu saymaq olar
Namiq Əzimov: “Diasporumuz sayca çoxluq təşkil edən ictimai qurumlardan biridir”
25 İyul 2014 19:27 DiasporaMüasir dövrümüzdə Azərbaycan diasporu dünyanın hər bir regionunda fəaliyyət göstərməkdədir. Getdikcə bu fəaliyyətin daha da sürətlənməsi və intensiv xarakter alması Azərbaycanın dünyada tanınması prosesinə də öz müsbət təsirini göstərir. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan diasporunun ən aktiv və çoxsaylı olduğu ölkələrdən biri də şimal qonşumuz Rusiya Federasiyasıdır. Təkcə bu ölkənin paytaxtı Moskvada deyil, eləcə də onun müxtəlif subyektlərində fəaliyyət göstərən diaspor təşkilatlarımız müntəzəm olaraq Azərbaycanın üzləşdiyi problemlər, ölkəmizin həqiqətləri, zəngin tarixi-mədəni irsimizin təbliğində məqsədyönlü addımlar atır, konfranslar, dəyirmi masa və müxtəlif aksiyalar həyata keçirirlər. Müsbət qiymətləndirilməli olan məqamlardan biri ondan ibarətdir ki, həm Rusiya Federasiyasında, həm də dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız fərdi şəkildə də diaspor işinə öz töhfələrini verərək bu prosesdə yaxından iştirak edir, Azərbaycan üçün əllərindən gələni əsirgəmirlər. Belə dəyərli soydaşlarımızdan biri də soydaşımız Namiq Əzimovdur. Məlumat üçün qeyd edək ki, Namiq Əzimov Lənkaran rayonunun Xolmili kəndində anadan olub. Orta məktəbi qurtarandan sonra iki il Bakıda işləyib və yaşayıb. 1980 -cı ildə ordu sıralarına çağırılıb. 1982-ci ildə Moskva şəhərinə gəlib və bu günə kimi də burada yaşayır. Namiq Əzimov deyir ki, - Rusiyaya üz tutmağının əsas səbəbi Lomonosov adına Moskva Dövlət Universtitetinin hüquq fakültəsində oxumaq arzusu olub. Müəyyən səbəblər üzündən ora daxil ola bilməsə də, üç il inşaat müəssisələrində işləyəndən sonra Moskva Dövlət Mədəniyyət Universitetinə daxil olub. Oranı bitirəndən sonra Moskva Dövlət Hüquq Akademiyasında təhsilimi davam etdirib. Qeyd edək ki, Namiq Əzimov "Azimov2 hüquq kompaniyasının yaradıcısıdır. Həmyerlimiz bildirir ki, sözügedən kampaniyanı yaratmaqda məqsədi əhaliyə hərtərəfli hüquqi kömək göstərməkdir: "Bizim kollegiyada iqdisadiyatın hər bir sahəsində xidmət göstərən vəkillər işləyir.Hüquqşunaslarımız cinayət, mülki, inzibati, arbitraj və s. işlərdə çox böyük müfəfəqiyyətlə çalışırlar". Rusiyadakı Azərbaycan diasporunun vəziyyətinə gəlincə Namiq Əzimov deyir ki, Rusiyadakı Azərbaycan diasporunu güclu saymaq olar: "Diasporumuz sayca çoxluq təşkil edən ictimai qurumlardan biridir. Rusiya ərazisində bir neçə diaspor təşkilatları var. Onların fikirləri eyni olsa da hamısı müstəqil hərəkət edirlər. Amma, Azərbaycanla əlaqədar olan bütün tədbirlərdə onların həmişə bir araya gəldiklərini görurəm. Hər təşkilatın öz mətbuat orqanları və internet saytları var. Əgər hardasa müəyyən fikir ayrılıqları olsa da belə, bunu ictimai müzakirələrə çıxartmırlar. Bir sözlə, mən deyərdim ki, diapor təşkilatları arasındakı münasibət yaxşı səviyyədədir. Kimsə ola bilsin bunu başqa cür qələmə versin və qəbul eləsin. Amma fakt faktlığında qalır". Həmyerlimiz Rusiydakı soydaşlarımzın diaspor həmrəyliyindən razılığını da ifadə edib: "Mənim yaşadığım Moskvada həyatın ritmi çox intensivdir. Çox zaman gün ərzində görüləcək işlərin öhdəsindən gəlmək olmur. Buna vaxt çatmır. Elə günlər olur ki, 3-4 saat vaxtımız tıxaclarda keçir. Bütün bunlarla əlaqədar olaraq bəzən elə olur ki, kimsə Azarbaycan diasporunun keçirdiyi tədbirlərə çatdıra bilmir və iştirak etmir. Bu hamı tərəfindən başa düşülür və heç kəs heç kəsdən incimir. Amma, bütün bunlara baxmayaraq diasporun xətti ilə keçirilən tədbirlərdə həmişə anşlaq olur. Tədbirlərdə ayırmırıq ki, kim hansı diaspor təşkilatının üzvüdür. Hamımızı Azərbaycan birləşdirir". Soydaşımız bildirib ki, bizim burdakı çoxluğumuz bəzən bizə Vətəndən uzaqlarda yaşamağımızı unutdurur: "Bu gün Rusiyada yaşayan bütün azərbaycanlıların evlərində Azərbaycan televiziya kanalları işləyir. Biz hara gəliriksə eyni səhnənin şahidi oluruq. Həmyerlilərimiz evlərində ancaq Azarbaycan verlişlərinə baxırlar. Azərbaycanlılara məxsus olan restoran və kafelərdə çox zaman dilimizdə mahnılar səslənir. Sanki biz Azərbacandayıq. Amma, bütün bunlara baxmayaraq Vətənlə də heç bir vaxt əlaqəni kəsmirik.Telefon və internet vasitəsiylə tez-tez qohumlarımızla dostlarımızla danışıqlar aparırıq. İnternetdə müəyyən sosial şəbəkələrin köməyi ilə Azarbaycanda yaşayan həmvətənlərimizlə dostluq əlaqələri yaradırıq. Ən başlıcası isə imkan daxilində çalışırıq həmişə Azərbaycana gələk. Mən əsl rahatlığı yalnız Azərbaycanda, Lənkəranda hiss edirəm". Namiq Əzimov Rusiyayadakı azərbaycanlılar daha çox hansı sahələrdə fəaliyyət göstərməsinə də aydınlıq gətirib: "Çoxları bəlkə də fikirləşirlər ki, azərbayanlıların çoxu ticarətdə işləyir. Xeyr, bu heç də belə deyil. Sadəcə olaraq ticarətlə əlaqədar işlər göz qabağındadır və orada işləyən azərbaycanlılar tez gözə çarpırlar. Bizim Rusiya təbabətində işləyən çoxlu tanınmış həkimlərimiz var, ali təhsil ocaqlarında dərs verən muəllimlərimiz, çoxlu hüquqşunaslarımız və vəkillərimiz, hətta inşaat sahəsində tanınmış çoxlu azərbaycanlılar işləyir. Demək olar ki, Rusiya vətəndaşlığı olan azərbaycanlıların çoxu qeyri-ticarət sahəsində çalışırlar. Onlar da ki, göz qabağında deyillər". Namiq Əzimov Rusiyayadakı Azərbaycan diasporunun əsas problemlərindən də sz açıb. Bildirib ki, Rusiyada Azarbaycan diasporunun əsas problemlərindən biri yerli millətçilərin onlara qarşı apardığı qeyri-qanuni hərəkətlər idi: " Manej meydanında baş verən qarma-qarışıqlıqdan sonra millətçi təşkilatçıların fəaliyyəti heçə endirilmişdi. Rusiya hakimiyyət orqanları onlara qarşı mubarizəni sərtləşdirdilər və onların qeyri-rus millətlərinin nümayəndələrinə qarşı hücumları da azaldı .Bu da biz azərbaycanlıları gərginlikdən və müəyyən problemlərdən azad edir". Həmyerlilərimizin öz hüquqlarının qorunması üçün etdiyi müraciətlərə gəlincə soydaşımız deyir ki, azərbaycanlılar əsasən miqrasiya qanunları ilə əlaqədər məsələlərlə bağlı müraciət edirlər: "Rusiya ərazisində qeydiyyata düşmək, işləməkdən ötrü icazə kağızı almaq, azarbaycanlıları narahat edən əsas məsələlərdəndir. Təəssüflər olsun ki, bəzilərinin qeyri -qanuni hərəkətləri Rusiya cinayət məcəlləsinin müəyyən bəndlərinin pozulmasına gətirib çıxarır. Belə hadisələrin baş verməsi əsasən azərbaycanlıların rusca pis danışmaları və Rusiya qanunlarını bilməmələri ucbatından baş verir. Onu da qeyd edim ki, Rusiyada Azərbaycan haqqında rəy məni qane etmirdi. İndi demək olar ki, bizə qarşı olan fikirlər tədricən dəyişməyə başlayır. Bu əsasən Azarbaycanda baş verən dəyişikliklərlə əlaqədardır. Bakıya gələn Rusiya vətəndaşları paytaxtımızın necə də gözəlləşdiyini və sovetlər dövrundə olduğu kimi necə də qonaqpərvər şəhər olduğunu qeyd edirlər. Rusiya şou-biznesinin nümayəndələri, idmançıları Bakıya dəfələrlə böyük məmnuniyyətlə gedəcəklərini qeyd edirlər.Sevindirici haldır ki, onlar bu barədə kütləvi informasiya vasitələrində də danışırlar. "Avroviziya-2011" musiqi müsabiqəsindən sonra Azərbaycana, azərbaycanlılara qarşı bir az da hörmət atdı.Jurnalistlər, televiziya aparıcıları dəfələrlə qeyd ediblər ki, Azarbaycanda musiqi müsabiqəsi yuksək səviyyədə keçdi. Siz təsəvvür edirsiniz, bu barədə fikrini bildirən hər bir şəxs, çıxışlarının axırında hamısını Bakıya dəvət edirlər: "Gəlin, Bakının gözəlliyini, azərbaycanlıların qonaqpəvərliyini görun". Qeyd edirəm, bunu qeyri-azarbaycan millətinin nümayəndələri deyir. Sevinməyə əsasımız var. Bizim hamımız buna çox sevinirik.Mənim 90 -cı illərin sonlarında Almaniyaya emiqrasiya etmiş dostlarım, hər Moskvaya gələndə həmişə Azərbaycanın sosial -iqtisadi inkişafından danışırlar. Maraqlı orasıdır ki, onlar qeyri-Azərbaycan millətinin numayəndələridir və uzaq Köln şəhərindən bunu görmələri məni çox fərəhləndirir. Bu o deməkdir ki, Azərbaycanda gedən proseslərdən uzaq ölkələrdə də xəbərləri var. Bu da respublikada aparılan düzgün siyasətin nəticəsdir ki, dunya ictimiyyətinin də bu irəliləyişlərdən xəbərləri var". Namiq Əzimov Rusiyanın kütləvi informasiya vasitələri ilə əlaqələrindən də danışıb. "Demək olar ki Rusiyda fəaliyyət göstərən Azarbaycan diasporunun kütləvi informasiya vasitələrinin çoxlarıyla əməkdaşlıq edirəm. Bir çoxlarının hüquqi məsələlərlə bağlı mənə tez-tez sualları olur. 2002-ci ildən Rusiyada yayımlanan "İnter-Az" televiziya kanalında "Advokatla göruş" hüquqi verlişinin yaradıcısı və aparıcısı oluşam. Canlı efirdən həmyerlilərimizin suallarına həm rusca, həm də azarbaycanca cavablar vermişəm. Diaspor qazetlərimizin bir çoxlarında hüquqi mövzularda maraqlı materiallarım dərc olunur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir