Norveçdə Azərbaycan diasporu
4 İyul 2014 17:50 DiasporaAzərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Norveçdir.Burada da təqribən 3 minə yaxın soydaşımız yaşayır. Əsasən XX əsrin əvvəllərindən bu gunə qədər buraya köçən azərbaycanlı Norveçə məxsus adalarda yaşayırlar. Norveç dövlətinin daxili qanunvericiliyi bura köçən ilk mühacirlərə iri şəhərlərdə yaşamaq imkanı vermir. Norveç-Azərbaycan arasında münasibətlərin günü-gündən inkişaf etməsi buradakı soydaşlarımızın fəaliyyətinə ciddi təsir gostərir. Norveç Mədəniyyət Nazirliyinin təşəbbusü ilə norveçli musiqiçilər Bakıda, azərbaycanlı müğənnilər isə Osloda konsert proqramları ilə çıxış edirlər. Bu ölkədə uğurlu fəaliyyət göstərən diaspor təşkilatlarından biri Norveç Azərbaycanlıları Gənclər Təşkilatıdır. Norvec Azərbaycanlılarının Gənclər Təşkilatı 2005-ci ildə Norveçdə yaradılıb. Beş nəfərdən ibarət idarə heyyəti olan NAYO dünyəvi, sivil, qeyri-siyasi və gəlir əldə etmək məqsədi olmayan bir təşkilatdır. Bizim təşkilatın əsas məqsədi orada yaşayan azərbaycanlıların Norveç ictimaiyyətinə inteqrasiya olunmasında yardımcı olmaq, onları təşkilatlandırmaq, hüquqlarını müdafiə etmək və sosial problemlərinin həlli istiqamətində işlər görməkdir. Azərbaycan xalqının mədəniyyətini, tarixini, problemlərini və nailiyyətlərini çatdırmaqla yanaşı, iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına dəstək verməklə dostluq və əməkdaşlıq körpüsü rolunu oynamaqdır. NAYO təşkilatı həm Norveçdə, həm də xaricdə davamlı olaraq müxtəlif mövzularda tədbirlər, layihələr həyata kecirir. Ən böyük layihələrdən biri kimi Norvecçin Beynəlxalq Əlaqələr İnstitutunda "Azərbaycanın Cənubi Qafqazda geosiyasi rolu" mövzusunda seminarı göstərmək olar. Həmin tədbirdə Norveçdə akkreditə olan dörd səfirliyin nümayəndəsi, parlamentin üzvləri, QHT-lər iştirak edib. Bundan başqa Norveçin Biznes Menecment İnstitutunda biznes təşkilatlarının iştirakı ilə "Azərbaycanın yüksələn iqtisadiyyatında investisiya imkanları" mövzusunda biznes-forum təşkil edilib. NAYO-nun layihələri üç hissəyə bölünür. Belə ki, tədbirlərdə ilk olaraq Azərbaycanın potensialı, neft strategiyası, regionda mövqeyi, daha sonra isə Dağlıq Qarabağ problemi, Xocalı faciəsi və ermənilərin törətdiyi digər vəhşiliklər, nəhayət, sonda tibbi və Azərbaycanın turizm potensialını əks etdirən kitablar təqdim edilir. NAYO Azərbaycan diaspor təşkilatları içərisində şəbəkəsi olan yeganə təşkilatlardandır. Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyevdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir