Sankt-Peterburq diasporamızdan möhtəşəm tədbir

Azərbaycan Respublikasının Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Sankt-Peterburqun möhtəşəm "Buz sarayı"nda 28 may Respublika Gününə, ulu öndər Heydər Əliyevin anadan olmasının 91, Heydər Əliyev Fondunun yaradılmasının 10, diasporamızın fəaliyyət göstərməsinin 15 illiyinə və Sankt-Peterburq şəhərinin ad gününə həsr edilmiş tədbir keçirilib. Sankt-Peterburq şəhərinin qubernatoru Georgiy Poltavçenkonun, vitse-qubernator, Beynəlxalq əlaqələr və Miqrasiya siyasəti komitəsinin sədri O. İ. Maxnonun, Qanunvericilik Assambleyasının deputatlarının, rayon administrasiyaları rəhbərlərinin, başqa xalqların diaspora nümayəndələrinin və azərbaycanlıların iştirak etdiyi tədbiri giriş sözüylə diasporamızın rəhbəri Vaqif Məmişov açıb. Qonaqları salamlayan V. Məmişov çıxışında Azərbaycan və Rusiya arasındakı əlaqələri, qardaşlığı və dostluğu xüsusi vurğulayıb. 

Rəsmi hissə yekunlaşdıqdan sonra tədbir Bahh Tee, Günay İbrahimli, Rafet El Roman, Ezo, Rəqsanə və başqa tanınmış sənət adamlarının iştirak etdiyi konsert proqrammıyla davam etdirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31