Diaspor rəhbəri bəzi saytları məhkəməyə verəcək
26 May 2014 18:39 DiasporaÖlkədə fəaliyyət göstərən bir sıra informasiya saytları Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov tərəfindən məhkəməyə veriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən fondun prezidenti Nüsrət Məmmədov deyib ki, buna səbəb bir sıra saytlar, informasiya portallarının onun barəsində yalan, həqiqətəuyğun olmayan materiallar dərc etməsidir: "Həmin saytlar mənim barədə yazdıqlarını əgər sübuta yetirə bilməsələr həmin saytları məhkəməyə verəcəm. Çünki onların mənim barəmdə yazdıqları sifarişlə dərc olunub və həmin məlumatların heç biri həqiqəti əks etdirmir. Əgər dərc etdiklərinin yalan, böhtan olduğunu özləri dərk edib təkzib versələr o halda həmin saytları bağışlaya bilərəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31