Azərbaycan diasporunun dövlətin inkişafındakı yeri və rolu müzakirə edilib

Kiyevdəki " Prezident" hoteldə Ümumukrayna Birləşmiş Diasporunun (UABD) "Müasir Ukrayna: Azərbaycan diasporunun dövlətin inkişafındakı yeri və rolu" adlı 3-cü forumu keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, forumda müxtəlif sferada çalışan azərbaycanlı alimlər, iş adamları və ziyalılar iştirak edib. İki hissədən ibarət forumun birinci hissəsində diasporada olan problemlər və inkişaf perspektivləri müzakirə olunub. UABD-nin sədri Hikmət Cavadovun açılış nitqindən sonra Azərbaycanın Ukraynadakı fövqaladə və səlahiyyətli səfiri Eynulla Mədətli forum iştirakçılarını salamlayıb və forumun gedişinə uğurlar arzulayıb. Səfir bildirib ki, bu cür forumun ardıcıl olaraq 3-cü dəfə keçirilməsi məqsədəuyğun və təqdirəlayiqdir. Eynulla Mədətli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara hər zaman dəstək verir və disapora fəaliyyətini yüksək qiymətləndirir. Bundan əlavə 1-ci hissədə UABD-nin Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə nəşr olunan dərsliklərin təqdimatı keçirilib. Forumun iştirakçıları təqdim olunan dərsliyin azərbaycanlı məktəblilərin və ümumilikdə azərbaycan dilini öyrənmək istəyənlər üçün çox dəyəli olduğunu qeyd ediblər. Forum zamanı Ukraynada fəaliyyət göstərən Diaspora TV-nin tədqimatı keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31