BAK üzvləri Türkiyənin səfiri ilə görüşüb
20 May 2014 17:08 DiasporaBenilüks Azərbaycanlılar Konqresinin bir qrup üzvü Türkiyə Respublikasının Niderland Krallığındakı səfiri Sadik Arslanla görüşüb. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, görüşdə diaspor nümayəndələri Somada kömür mədənində qəza nəticəsində baş vermiş faciənin dünya azərbaycanlılarını və Azərbaycan diasporunu dərindən sarsıtdığını vurğulayıblar. Onlar həmçinin, yüzlərlə insanın ölümü ilə nəticələnən faciə ilə əlaqədar yaxınlarını itirən ailələrə, Türk dövlətinə başsağlığı verib və qardaş xalqın kədərini bölüşdüklərini bildiriblər. Türkiyə Respublikasının Niderland Krallığındakı səfiri Sadik Arslan diaspor nümayəndələrini böyük həssaslıqla qəbul edib. Səfir bu çətin günlərdə göstərdikləri diqqətə görə onların hər birinə dərin təşəkkürünü bildirib.