Saakaşvili Bakıya gəlir
21 Aprel 2014 18:11 DiasporaGürcüstanın sabiq prezidenti (2004-2013), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixeil Saakaşvili II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə aprelin 27-də Bakıya gələcək. Diasporla İş üzrə Dvlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, bu, Saakaşvilinin prezidentlik müddəti başa çatdıqdan sonra Azərbaycana ilk səfəri olacaq. Mixeil Saakaşvilinin Forum çərçivəsində "Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac" mövzusunun müzakirə ediləcəyi sessiyada çıxışı nəzərdə tutulub.
Xatırladaq ki, Mixeil Saakaşvili 2013-cü ilin mayında Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunda da iştirak edib. O zaman gürcü siyasətçi Gürcüstan prezidenti olaraq Foruma qatılmışdı.