Erməni diasporu bizdən güclü deyil
17 Aprel 2014 16:22 DiasporaSon zamanlar Niderlandın Almelo şəhərində "soyqırım"a qoyulmuş abidə müzakirələrə səbəb olub. Bəzən burada erməni diasporunun güclü olması barədə statuslar oxuyuram. Avropada yaşayan biri kimi tam səmimiyyətimlə deyirəm ki, erməni diasporu bizim diaspordan, nə də dövlətləri bizim dövlətdən güclü deyil. Sadəcə. onlara bu dəstəyi verənlər var". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Hollandiyada yaşayan fəal diaspor üzvü Vüqar Abbasov səsləndirib. Bildirib ki, sözügedən abidə erməni kilsəsinin həyətində qoyulur: "Niderlandda ən zəif fəaliyyət göstərən təşkilatımız belə erməni diaspor təşkilatının ən güclü işləyənindən güclüdür. Sadəcə onların maliyyə imkanları daha genişdir ki, bunun da səbəbləri məlumdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31