Kiyevdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Ukraynanın ən böyük özəl ali məktəblərinin birində - "Avropa Universiteti"ndə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbir "Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu"nun, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının və  Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub. Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli və "Avropa Universiteti"nin rektoru İvan Timoşenko tədbir iştirakçılarını salamlayaraq, yeni mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar. Daha sonra tədbirdə "Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu"nun sədri Hikmət Cavadov, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədr müavini İsgəndər Zamanov elm və təhsil sahəsində Ukrayna və Azərbaycan əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə "Avropa Universitetin"nin fəxri fərmanları ilə tərtif edilib. Açılış mərasimi "Mədəniyyət körpüləri birləşdirir" adlı konsert proqramı ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31