Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin I Baş Assambleyası keçiriləcək
17 Aprel 2014 12:40 DiasporaAprelin 27-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VI Beynəlxalq toplantısı və I Baş Assambleyası keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda mərkəzin gördüyü işlər haqqında hesabat dinləniləcək, həyata keçirilən layihələr, qarşıda duran vəzifələr, qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılacaq. Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Tarja Halonen, Emil Konstantinesku, Nazim İbrahimov, Petar Stoyanov, Giuli Alasania, Valter Fyust, Farida Allagahi, Roza Otunbayeva, Petru Luçinsku iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31