Diaspor təmsilçimizə TÜRKSOY-un medalı verildi

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov medalla təltif olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə,  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətlərinə, türk dünyasının mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə Cahangir Novruzova "TÜRKSOY-un 20 illiyi" yubiley medalı verilib. Medalı TÜRKSOY-un Baş katibi Düsen Kaseinov  həmyerlimizə təqdim edib. Medalın təqdimatı Türkiyənin Sabancı Vəqfi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Adana şəhərində  XVI Dövlət Teatrları və  Sabancı Beynəlxalq Adana Teatr Festivalının açılışı çərçivəsində baş tutub.  Mərasimdə Adana Bələdiyyəsinin sədri Hüseyin Sözlü də iştirak edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31