Hollandiyada daha iki diaspor təşkilatı yaradılıb

Niderland və Belçika Krallığının hər bir əyalətində Azərbaycan təşkilatlarının yaradılması prosesinə start verən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) tərkibinə daha iki təşkilat əlavə olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, bunlar Hollandiyanın Brabant Əyaləti Azərbaycanlılar Məclisi və Şimalı Hollandiya Əyaləti Azərbaycanlılar Ittifaqıdır. Hər iki təşkilatın təqdimat mərasimi Rotterdam şəhərində baş tutub. Mərasimdə Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov yeni təşkilatları iştirakçılara təqdim edib, onların rəhbərlərini və üzvlərini təbrik edərək, diaspor fəaliyyətində uğurlar arzuladıqdan sonra tədbirdə Disaporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubu oxunub. Təqdimat mərasimində hər iki yeni qurumun rəhbəri Ofeliya Babayeva və Sima Cəfərova təşkilatlar barədə məlumat verərək, məqsəd və planlarını açıqlayıblar, Idarə Heyəti üzvlərini təqdim ediblər. Yeni yaradılmış diaspor təşkilatlarının təqdimat mərasimi rəsmi hissədən sonra konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycanın incəsənət ustaları, o cümlədən xalq artisti Flora Kərimova soydaşlarımız qarşısında çıxış edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31