54 ölkənin sabiq rəhbəri Bakıya gələcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,  Madrid Klubunun prezidenti, Latviyanın sabiq ölkə başçısı xanım Vayra Vike-Frayberqa  və ölkənin digər keçmiş prezidenti Valdis Zatlerslə  aprelin 27-30-da Bakıda keçiriləcək II Açıq Cəmiyyətlər Forumuna dair müzakirələr aparılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Latviyanın paytaxtı Riqada baş tutan görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə keçiriləcək Forumun proqramı, toplantının gündəliyi müzakirə olunub.

Qeyd edək ki, II Açıq Cəmiyyətlər Forumunda açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlər müzakirə ediləcək. Forumun işində  Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Roma Klubu və Madrid Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət  54 ölkədən 150-dən çox nümayəndənin iştirakı nəzərdə tutulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31