Türkiyənin sabiq XİN rəhbəri ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədi ilə Türkiyədə silsilə görüşlər keçirilib. Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki,  Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, sabiq xarici işlər naziri və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətinlə Ankarada baş tutan görüşdə Forumda müzakirə ediləcək mövzular haqda fikir mübadiləsi aparılıb. Müzakirədə əsas diqqət II Müştərək Cəmiyyətlər Forumunun əsas mövzularından biri olan münaqişələrin həllinə ayrılıb. Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə də toxunan Hikmət Çətin bildirib ki, təşkilat artıq bir beynəlxalq təşəbbüs olaraq böyük düşüncə mərkəzinə çevrilib. Qeyd edək ki, Forumun işində Hikmət Çətinin iştirakı və çıxışı nəzərdə tutulub. Bu arada Misirin paytaxtı Qahirədə Foruma hazırlıqla əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldinin rəhbərliyi ilə təşkilat komitəsinin son toplantısı keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31