Diaspor təşkilatları Avropada 241 tədbir keçirib

 Diaspor sahəsində dünyanın müxtəlif ölkələrində keçirilmiş tədbirlərin sayına görə ötən il Avropa ölkələri öndə olub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, dir. ümumilikdə 2013-cü il ərzində Avropa ölkələri üzrə müxtəlif istiqamətlərdə 241 tədbir həyata keçirilib ki, bu da bütün regionlar üzrə keçirilmiş tədbirlərin 41,33 faizini təşkil edir. Avropa ölkələrində xüsusilə Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi, ölkəmizin müasir inkişaf səviyyəsi və mövcud turizm potensialı, həmçinin əldə etdiyi nailiyyətlər, qarşılaşdığı müxtəlif problemlər, о cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Avropa ictimaiyyətinin məlumatlandırılması işinə xüsusi diqqət yetirilib. Azərbaycan diaspor təşkilatları Avropanın müxtəlif ölkələrində erməni diasporu və lobbisinin təşkil etdiyi anti-təbliğat kampaniyalarının qarşısının alınması  və ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşdırılması üçün müxtəlif formatlı tədbirlər və  layihələr həyata keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31