Diaspor rəhbərləri yeni bələdiyyə sədri ilə görüşüb

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyətinin üzvləri və Kocaeli Azərbaycan Kültür Evinin nümayəndələri Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində yenidən Kocaeli Böyükşəhər Bələdiyyəsini sədri seçilən, Türk Dünyası Bələdiyyələr Birliyinin sədri İbrahim Karaosmanoğlu ilə görüş keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə,  Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar yenidən Kocaeli Böyükşəhər Bələdiyyəsini sədri seçilən İbrahim Karaosmanoğlunu təbrik edərək Kocaeli şəhərinin Türkiyədə olduğu kimi eyni zamanda Azərbaycan və Türk Dünyasında  da öz yeri olduğunu deyib. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Böyükşəhər Bələdiyyəsi arasındakı  əməkdaşlığa toxunan TADEF sədri Bilal Dündar federasiyanın fəaliyyətinə verdiyi dəstəyə görə ona minnətdarlıq edib.  Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri  İbrahim Karaosmanoğlu isə öz növbəsində Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində kifayət qədər əməkdaşlığın olduğunu, iqtisadi baxımdan isə bu əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31