Qafqazdakı milli münasibətlər Gürcüstanda müzakirə edilib

Beynəlxalq Diaspora Mərkəzinin Gürcüstan nümayəndəliyi və Gürcüstan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə  "Qafqazda milli münasibətlər" mövzusunda konfrans keçirilib. Mərkəzin sədr müavini Samir Adıgözəlli  "OLAYLAR"-a bildirib ki, Gürcüstan parlamentinin milli kitabxanasında baş tutan konfransda hər iki ölkədən olan parlamentarilər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, eləcə də Gürcüstanda fəaliyyət göstərən Azərbaycan təşkilat və cəmiyyətlərinin rəhbərləri iştirak edib. Konfransda Cənubi Qafqaz regionunda mövcud olan problemlər, regiondakı milli münasibətlər və digər amillər ətrafında fikir mübadiləsi aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31