Çexiyanın sabiq prezidenti ilə görüş keçirilib
19 Mart 2014 11:25 DiasporaDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşəbbüsü ilə bu ilin aprel ayında Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərçivəsində Praqa və Maltada vacib görüşlər keçirilir. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Çexiyanın 2003-2013-cü illərdə prezidenti olmuş Vaslav Klaus və Maltada 2004-2013-cü illərdə hökumətə başçılıq etmiş Laurenze Gonzi ilə geniş müzakirələr aparılıb. Görüşdə qeyd olunub ki, Azərbaycanın ev sahibliyi edəcəyi və dünyanın 50-dən çox ölkəsindən 40-dan artıq liderin, nobel mükafatçısının, nüfuzlu ictimai xadimin qatılacağı bu forum dünya üçün önəmli bir mesaj ola bilər. II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi 2013-cü ilin sentyabr ayında Bakıda başlayıb və həmin müzakirələrdə Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Finlandiyanın sabiq prezidenti Tarja Halonen, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov kimi nüfuzlu liderlər iştirak edib. Hazırlıq prosesinin davamı olaraq Bakı, Stokholm, Vyana, Brisban, Sidney, Madrid, Afinada hazırlıq toplantıları keçirilir