Azərbaycan və Türk diasporu birgə mitinq keçirib

Stokholmda Azərbaycan və Türk diaspor təşkilatları mitinq keçiriblər. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, mitinq Riksdağın uydurma "erməni soyqırımını" tanımasına qarşı etiraz əlaməti olaraq təşkil edilib. Mitinq iştirakçıları qeyd ediblər ki, 2011-``ci ildə "erməni soyqırımının" İsveç parlamenti tərəfindən tanınması Türkiyəyə təzyiq göstərilməsinə və dünya ictimaiyyətinin çaşbaş salınmasına yönəldilmiş siyasi addımdır. Mitinq iştirakçıları yoldan keçənlərə o illərin hadisələri barədə həqiqəti əks etdirən broşürlər paylayıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31