Fransada Azərbaycan adət-ənənələri ilə bağlı layihə həyata keçiriləcək
11 Mart 2014 12:40 Diaspora"Paris Azərbaycan Evi" "Milli atət-ənənələrimizi unutmayaq!" adlı layihə həyata keçirir. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, layihə çərçivəsində Novruz bayramı ilə əlaqədar maraqlı aksiya keçiriləcək. Təşkilat 2014-cü il martın 15-də YUNESKO-nun binasında 5-12 yaşlı azərbaycanlı və fransız uşaqlar üçün bahar mövzusunda rəsm dərnəyi təşkil edəcək. Bildirilib ki, "Paris Azərbaycan Evi"nin belə bir layihə həyata keçirməkdə başlıca məqsədlərindən biri milli adətlərimizi kiçikyaşlı soydaşlarımıza öyrətmək və fransızlar arasında təbliğ etməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31