“Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqırım”

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin yeni "Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqırım" kitabı çapdan çıxıb. Bu barədə "OLAYLAR"-a məlumat verən müəllif deyib ki, adı çəkilən kitab onun sayca altıncı kitabıdır. Ondan əvvəl Zaur Əliyevin müəllifi olduğu "Beynəlxalq münasibətlərdə diasporların rolu", "Dünya diasporları" "Diaspor: izahlı sözlük və məlumat kitabı" , "Türkdilli Xalqların Diasporları" və həmmüəlif olduğu "Azərbaycan diasporu" ensiklopedik məlumtlar toplusu" kitabları çap olunub. Zaur Əliyevin yeni kitabı sədri olduğu "Diaspor və Lobbi " Elmi Araşdırmalar Mərkəzi və əməkdaşı olduğu "KarabakhİNFO.com" beynəlxalq elektron jurnalının informasiya dəstəyi nəticəsində hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31