Nizami Gəncəvi Mərkəzinin İdarə Heyəti toplandı

Fevralın 21-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi YUNESKO-nun xoşməramlı səfiri Marianna V. Vardinoyannisin dəvəti ilə İdarə Heyətinin V toplantısını Yunanıstanın ən önəmli mədəniyyət mərkəzi sayılan Akropolis Muzeyində reallaşdırıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, toplantını giriş sözü ilə açan xanım Marianna V. Vardinoyannis bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi nüfuzlu bir təşkilatın İdarə Heyəti toplantısının Yunanıstanda keçirilməsi çox önəmli hadisədir və bunun davamlı olacağına ümid edirik. Toplantıda Mərkəzin gələcək fəaliyyəti və statusunun müəyyənləşdirilməsi, o cümlədən katibliyinin genişləndirilməsi və mərkəzi ofisin işini daha da təkmilləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Toplantıda eyni zamanda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Mərkəzin fəaliyyətinə göstərilən diqqət və qayğı xüsusi vurğulanıb, həmçinin əldə olunmuş nailiyyətlərdə bu dəstəyin əsas rol oynadığı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31