Moskvada soyqırım qurbanları anılacaq

Fevralın 27-də Moskvada, "AZIMUT Moskow Olympic Hotel"də "Xocalıya ədalət!" Beynəlxalq kampaniyası çərçivəsində soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə "Cəhənnəmi görmüş pilot" filmi nümayiş etdiriləcək. Filmdə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı faciəsindən sonra çəkdiyi kadrlar nümayiş etdirilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən qətliam zamanı dinc əhaliyə şəhərdən çıxmaqda kömək edən, videoçəkilişlərin aparıldığı vertolyotun komandiri, pilot Leonid Kravets də tədbirə qatılacaq və görüş iştirakçılarına müraciət edəcək. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti Məmməd Əliyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31