Prezidentin diaspor təşkilatlarına diqqət və qayğısı

Diaspora siyasəti, bu sahədə görülən işlər dövlət qayğısı tələb etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də  diaspor sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Prezident İlham Əliyevin iş rejiminin gərginliyinə baxmayaraq Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan xarici ölkə nüimayəndələrini mütəmadi qəbul etməsi artıq ənənəyə çevrilib. Cənab İlham Əliyev hələ Prezident seçilməzdən əvvəl də diaspor işinə xüsusi diqqət yetirir, diaspor təşkilatlarımız, ümumən xaricdə yaşayan soydaşlarımız həmişə onun qayğısını hiss edirlər. 2003-cü ilin prezident seçkilərində xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilən cənab İlham Əliyev diaspor məsələlərinə diqqətini artırır, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini müvəffəqiyyətlə davam etdirir. Prezident İlham Əliyev 2003-cü ilin dekabrında Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə müracəiətində həmvətənlərimizi ümumi maraqlarımız ətrafında sıx birləşməsinin tarixi zərurət olduğunu vurğulayır və ümummilli lider Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətlərə əsaslanaraq, daha da irəliyə getmək üçün mühüm addımlar atılacağını bəyan edirdi. Müraciətdə Prezident İlham Əliyev həmvətənlərimizlə əlaqələrin möhkəmləndirilməsini dövlətin prioritet vəzifələrindən biri olduğunu vuruğulayır və hökumətin bu sahədə bütün zəruri tədbirləri görməyə hazır olduğunu bildirirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onları narahat edən problemələrlə maraqlanır, dəyərli tövsiyələrini verir. 2004-cü ilin yanvarında Fransaya rəsmi səfəri zamanı Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə burada məskunlaşmış soydaşlarımız da iştirak etmiş, dövlət başçımızın daxili və xarici siyasətini birmənalı olaraq dəstəklədiklərini bildirmişlər. 2004-cü ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri zamanı bu ölkədə yaşyayan həmvətənlərimizlə görüşü keçirilir. Görüşdə Prezident İlham Əliyev həmyerlilərimiz qarşısında çıxış edərək, azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatında, iqtisadiyyatın inkişafında fəal iştirakından məmnun olduğunu söyləmiş, onlara uğurlar diləyir. Azərbaycan Prezidenti 2004-cü ilin martında Qazaxıstana rəsmi səfəri zamanı da dövlət rəhbərləri ilə keçirdiyi bütün görüşlərdə bu ölkədə yaşayan azərbaycanlılırın vəziyyəti ilə, onların problemlərinin və qayğılarının həll olunması üçün görülən işlərlə yaxından maraqlanır. Azərbaycan Prezidenti 2004-cü ilin martında Özbəkistana səfəri zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Daşkənd Pedaqoji Universitetinin qarşısında böyük mütəfəkkirin abidəsinin açılış mərasimində iştirak edir, tədbir zamanı diasporumuzun nümayəndələri ilə görüşür. Prezident İlham Əliyev Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində də iştirak edərək, burada geniş və dərin məzmunlu nitq söyləyir, soydaşlarımızın Azərbaycanla iqtisadi-mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün bundan sonra da lazımı addımlar atılacağını vurğulayır.

Prezident İlham Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olur. 2004-cü ilin oktyabrında Prezident İlham Əliyevin Ümumrusiya Azərbaycan Konqresinin II qurultayında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə birgə iştirakı diaspor quruculuğunun Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətələrindən biri olduğuna daha bir əyani sübutdur. Qurultayda Rusiyada yaşayan həmvətələrimizin təşkilatlanması, onların tarixi Vətənlə əlaqələrinin daha da inkişaf etdirilməsi, soydaşlarımızın Rusiya Federasiyasının ictimai-siyasi həyatında daha fəal iştirakı məsələləri müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Rusiya Prezidenti Vladimir Putin tədbirdə çıxış edərək Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və Rusiyadakı azərbaycanlıların problemlərinin həlli üçün hökumət tərəfindən zəruri tədbirlər görüləcəyini bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyev də iki ölkə arasındakı münasibətlərin indiki səviyyəsini müsbət qiymətləndirməklə yanaşı, yeni nailiyyətlər əldə etmək üçün imkanların tükənmədiyini vurğulayır. Dövlət başçısı Rusiyada yaşayan azərbaycanlıların bu ölkənin bərabərhüquqlu vətəndaşları olmasından məmnunluğunu bildirir, Azərbaycanda da ruslara qarşı çox mərhəm münasibətin olduğunu xatırladır. Prezident İlham Əliyev bir daha qeyd edir ki, Rusiyada, eləcə də bütün digər ölkələrdə məskunlaşmış azərbaycanlıların təşkilatlanması, onlar arasında milli-mənəvi birilyin təmin olunması bu gün mühüm məsələlərdəndir. İlham Əliyev Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətindən də razı qaldığını və konqresin ötən dövrdə səmərəli fəaliyyət göstərdyini vurğulayır. Ümumiyyətlə, Ümumrusiya Azərbaycan Konqresinin II qurultayı dünya azərbaycanlılarının diaspor quruculuğu tarixində əhəmiyyətli bir hadisə kimi yadda qaldı..

Azərbaycan Prezidenti İlham Əliyev ötən dövrdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə respublikamızda səfərdə olmuş müxtəlif xalqların diaspor təşkilatlarının və ayrı-ayrı dövlətlərin rəsmi nümayəndə heyətlərini qəbul edərkən də diaspor məsələsini diqqətdən kənarda qoymayıb. 2004-cü ilin iyun ayında Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Ərcümənt Qılıncın başçılıq etdiyi nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və görüş zamanı aparılan səmərəli müzakirələr bunun təsdiqidir. Bu görüşdə diaspor işinin başlıca vəzifələri, Amerikada Azərbaycanın haqq səsinnin bəyan edilməsində ATAA-nın gördüyü və bundan sonra görə biləcəyi işlər barədə səmərəli fikir mübadiləsi aparılır. Görüş zamanı Prezident 2004-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyyətinin də iştirak etdiyi ATAA-ın Vaşinqtonda keçirilmiş qurultayında qaldırılan məsələlərin vacibliyinə toxunaraq xatırladır: "Biz çox istəyirik ki, Azərbaycanla sizin təşkilat arasında əməkdaşlıq inkişaf etsin, genişlənsin. Bilirsiniz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin qərarı ilə ölkəmizdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitə çox fəal işləyir və böyük işlər görür". Şübhəsiz, bu sözlər dövlət başçısının komitənin fəaliyyətinə verdiyi yüksək qiymət, eyni zamanda işin səmərəsini daha da artırmaq, soydaşlarımızla əlaqələri genişləndirmək istiqamətində dəyərli tövsiyyələrdir.

Prezidentin Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan və soydaşlarımızın təşkilatlanması prosesinə müsbət təsir göstərmək imkanlarına malik qurumların nümayəndələrini mütəmadi qəbul etməsi ənənə halını alıb. Estoniyanın Əhali Məskunluğu məsələləri naziri Paul Erik Rummonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyev həmin ölkədə yaşayan həmvətənlərimizin vəziyyəti ilə maraqlanıb, bu sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini bir daha nəzərə çatdırıb. Prezident daha sonra bildirib ki, Estoniyadakı Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, parlamentdə təmsil olunur, bu da iki ölkənin xalqlarının yaxınlaşması işinə xidmət edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü ilin noyabrında Ukrayna Millətlərin İşi və Miqrasiya məsələləri üzrə Dövlət Komitəsinin sədri Gennadi Moskalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edir. Görüş zamanı Ukraynadakı Azərbaycan diasporunun vəziyyəti barədə də geniş fikir mübadiləsi aparılır. Dövlət başçısı müxtəlif ölkələrdə keçirilən diaspor quruculuğu tədbirlərini də diqqətdən kənarda qoymur. Yeni icma və birliklərin yaranması, eləcə də diaspor qurumlarının vahid mərkəzdə birləşdirilməsinə istiqamətlənmiş tədbirlər dövlət başçımız tərəfindən həmişə təqdir olunur. Azərbaycan Prezidentinin 2004-cü ilin yanvarında "Amerika Türk Assosiasiyaları Assambleyası"nın XXIV qurultayına müraciəti dövlət başçımızın diaspor quruculuğu işinə nə qədər yüksək əhəmiyyət verdiyini bir daha sübut edir. Cənab İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin indiki səviyyəsini xalqlarımız arasında tarixi dostluq və qardaşlıq ənənələrinin təntənəsi kimi xarakterizə edərək, bütün sahələrdə əməkdaşlığın inkişafı üçün imkanların tükənmədiyini xüsusi olaraq vurğulayır. 2004-cü ilin aprelində Berlində keçirilən Avropa Azərbaycanlıları Konqresinin təsis konfransına da müraciət göndərərək bu mühüm tədbiri Azərbaycan diaspor quruculuğu tarixinin əlamətdar hadisələrindən biri kimi qiymətləndirir, həmvətələrimizin təşkilatlanmasının ümumi Vətənin maraqlarından irəli gələn bir məsələ olduğunu vurğulayır. Azərbaycan Prezidenti icma və birliklərimizin təşkilatlanmasının daha yüksək səviyyədə təmin olunmasına ehtiyac duyulduğunu öz müraciətində xüsusi olaraq qeyd edir və AAK-ın yaranmasını bu ehtiyacdan doğan zərurət kimi səciyyələndirir. 2004-cü ilin mayında Türkyə Azərbaycan Dərnəkləri Federasiyasının İsgəndərun şəhərində keçirilən təsis konfransının iştirakçılarına ünvanlanmış müraciətində Azərbaycan diaspor quruculuğunun müasir durumunu, həmvətənlərimizin vahid bir ideya ətrafında birləşdirilməsi işinin perspektivləri və bu sahədə qarşıda duran vəzifələr haqqında çox dəyərli fikirlər öz əksini tapır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31