Bolqarıstan və Rumıniya prezidentləri ilə görüş keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təmsilçiləri II Müştərək Cəmiyyətlər Forumuna hazırlıq mərhələsi ilə bağlı Bolqarıstan və Rumıniyada yüksək səviyyədə görüşlər keçirir. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, müzakirələrdə Bolqarıstan Respublikasının sabiq prezidentləri  Georgi Pırvanov, Petar Stoyanov, Rumıniyanın sabiq prezidentləri İon İliesku, Emil Konstantinesku, Moldovanın sabiq prezidenti cənab Petru Lucinski iştirak edirlər.Müzakirələrdə Madrid Klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilat etdiyi I Cənubi Qafqaz Forumu ilə formalaşan bu təşəbbüsün region ölkələri üçün oynadığı əhəmiyyətli rol xüsusi vurğulanıb. Xüsusilə əsrlər öncə böyük bəşəri dəyərlərin daşıyıcısı olan Nizami Gəncəvi irsinin yenidən Şərqlə Qərbi birləşdirən bir körpü rolunda çıxış etməsi olduqca təqdirəlayiq hal kimi qiymətləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31