Millət vəkili diaspor rəhbəri ilə görüşdü
10 Fevral 2014 16:57 DiasporaMillət vəkili Qənirə Paşayeva Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycan diaspora təşkilatlarının üzərinə düşən vəzifələrə toxunan millət vəkili Qənirə Paşayeva bu işdə türk diaspora təşkilatları ilə birgə hərəkət etmələrinin vacibliyini qeyd edib. O, Almaniyada fəaliyyət göstərən insanlarımızın qurduğu diaspor təşkilatlarının bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həlli üçün bərabər çalışmalarını xüsusi diqqətə çatdırıb. Təşkilatın bu günə qədər gördüyü işlər, Azərbaycan mədəniyyəti, tarixi, həqiqətlərinin yayılması istiqamətində həyata keçirdikləri layihələr barədə geniş məlumat verən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva Almaniyada fəaliyyət göstərən Azərbaycan diaposr təşkilatları və bütün Türk diaspor təşkilatları ilə sıx əməkdaşlıq etdiklərini, Azərbaycan həqiqətlərinin yayılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildirib.