“Xocalı soyqırımının tanıdılmasında diaspor təşkilalarının rolu”
10 Fevral 2014 15:43 Diaspora26 fevral-Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Byenəlxalq Diaspora Mərkəzi bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Bu barədə məlumatı "OLAYLAR"-a mərkəzin sədr müavini Samir Adıgözəlli verib. Bildirib ki, bu məqsədlə fevralın 19-da BDM və Dünya Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə "Xocalı soyqırımının tanıdılmasında diaspor təşkilatlarının rolu" mövzusunda konfarns keçiriləcək. Millət vəkilləri, qeyri-hökumət təşkilalarının rəhbərləri və diaspor nümayəndələrinin iştirak etdiyi tədbirdə bu günə qədər diaspor təşkilatlarımızın Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırlmasındakı rolu, bu soyqırımın rəsmi şəkildə tanıdılması istiqamətində görülməsi vacib olan işlərdən danışılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31