Ukraynada yaşayan soydaşlarımız qanvermə aksiyasında iştirak edib
4 Fevral 2014 16:33 DiasporaÜmumrusiya Azərbaycan Konqresi Ulyanovsk regional şöbəsinin üzvləri "Qanın milləti yoxdur" adlı donor aksiyasında iştirak ediblər. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Ulyanovskda yaşayan azərbaycanlılar bu aksiyada üçüncü dəfədir ki, iştirak edirlər. Aksiya iki mühüm məqsəd daşıyıb. Birincisi, aksiya region ərazisində yaşayan həmvətənlərimizi bu şərəfli və vacib işə cəlb edir. İkincisi, bu, ictimaiyyətin diqqətini müntəzəm qan verməyin vacibliyinə, bununla həkimlərə və pasiyentlərə əvəzsiz kömək göstərildiyinə yönəldir. Aksiya günü toplanan qan Ulyanovsk vilayətinin müalicə müəssisələrinə göndərilib. Ulyanovsk vilayəti qanköçürmə stansiyasının tibb şöbəsi üzrə baş həkimin müavini Lyudmila Vorobyova donor hərəkatında fəal iştiraka görə azərbaycanlı dostlara təşəkkürünü bildirib.