Azərbaycan haqqında Rusiya kütləvi informasiya vasitələrində növbəti yayım

Murmansk vilayətinin yerli telekanalı, TV-21  tərəfindən ölkəmiz haqqında 5 dəqiqəlik reportaj yayımlandı.
...Azərbaycan Respublikasından beş min kilometr aralıda, Rusiya Federasiyasının Murmansk vilayətində doğma vətənimiz Azərbaycan haqqında, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız və həmyerlilərimizin Rusiyadakı fəaliyyətləri haqqında Murmansk vilayətinin yerli telekanalı, TV-21  tərəfindən 5 dəqiqəlik reportaj yayımlandı. Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Murmansk vilayət şöbəsinin mətbuat katibi Əlihüseyn Şükürov  bildirmişdir ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan disporunun bir illik hesabat tədbirindən Azərbaycan Respublikasının Rusiyadakı baş diplomatı Polad Bülbül oğlu tərəfindən Murmansk vilayətində Ümumrusiya Azərbaycan Kongresinin yerli nümayəndəliyinin
rəhbəri Afil Hüseynovun fəal diaspor fəaliyyətinə görə təltif edilməsi ilə başlayan reportaj, daha sonra Azərbaycan xalqının dünyaya bəxş etdiyi görkəmli elm və incəsənət nümayəndələrinin Rusiya ictimaiətinə təqdim etdirilməsi ilə davam etdirildi. Azərbaycan iqtisadiyyatına, regiondakı nüfuzuna, ölkəmizin günü gündən inkişaf etməsinə diqqət çəkildi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31