Murmansklı həmvətənimiz “Rus dili Rusiyada millətlərarası ünsiyyət dilidir” layihəsinin mükafatçısıdır
3 Fevral 2014 13:44 DiasporaMurmansk. Bu yaxınlarda Rusiya Federasiyasının Murmansk vilayətinin Təhsil və Elm Nazirliyi rus dilinin populyarlaşdırılmasına həsr olunmuş müsabiqələrə yekun vurmuşdur. Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Murmansk vilayət şöbəsinin mətbuat katibi Əlihüseyn Şükürov AzərTAc-a bildirmişdir ki, y aradıcılıq yarışlarında Murmansk vilayətinin ümumtəhsil məktəblərinin 2350 nəfərdən çox 3-11-ci sinif şagirdi iştirak etmişdir.
"Rus dili Rusiyada millətlərarası ünsiyyət dilidir" reklam layihələri müsabiqəsində həmvətənimiz Mirseyid Cahangirov "Ən yaxşı reklam videoçarxı" nominasiyasında mükafat almışdır.
Əlihüseyn Şükürov
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Murmansk vilayət şöbəsinin mətbuat katibi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31