Ukrayna mətbuatı Azəbaycan diaspor nümayəndəsindən yazdı

Ukraynanın nüfuzlu "Qubernator" beynəlxalq ictimai-siyasi jurnalının 40-cı nömrəsində Dnepropetrovskda yaşayan həmvətənimiz Fəxrəddin Muxtarov barədə geniş məqalə dərc edilib. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən verdiyi xəbərə görə,  "Ukrayna torpağı bərəkətli və ruzilidir" sərlövhəli yazıda qeyd olunub ki, 1965-ci il təvəllüdlü Fəxrəddin Muxtarov Dnepropetrovskda lider olan fermer təsərrüfatının direktoru, Dnepropetrovsk vilayət şurasının deputatı, Ukraynadakı azərbaycanlılar diasporunun sayılıb-seçilən nümayəndələrindəndir. Məqalədə deyilir ki, torpaqda çalışan, aqrar müəssisəsinə rəhbərlik edən Fəxrəddin Muxtarov həmyerlilərinin hörmətini və dəstəyini qazanıb. Məqalədə qeyd olunur ki, ləyaqətli həmvətənimiz görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın Kiyev vilayətinin İrpen şəhərindəki abidəsinin hazırlanmasına sponsorluq edənlərdən biri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31