Kanadalı elm adamları Azərbaycana gəlir

Fevralın 10-13-ü tarixlərində Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və universitetə qəbul üzrə məsul şəxsləri Azərbaycana səfər edəcəklər. Diasporla iş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, səfər çərçivəsində Bakının bir neçə orta məktəblərində riyaziyyat fənni üzrə seminarlar təşkil ediləcək, şagirdlərə riyaziyyat və kompüter elmləri sahəsində uğurlu karyera haqqında məlumatlar veriləcək. Bununla yanaşı, riyaziyyat fənninin müxtəlif sahələrində mövcud olan maraqlı problemlər və onların həlli barəsində fikir mübadiləsi aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31