Xorvatiya və Serbiya prezidentləri ilə görüş keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Xorvatiyanın paytaxtı Zagreb şəhərində  Dünya Elmlər və Mədəniyyət Akademiyasının rəhbərliyi və o cümlədən Xorvatiyanın sabiq prezidenti Styepan Mesiclə müzakirələr aparılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, Xorvatiyanın sabiq prezidenti Styepan Mesiclə aparılan müzakirə zamanı o, böyük məmnunluqla foruma qatılacağını bildirib. Styepan Mesic həmçinin Nizami Gəncəvi  Beynəlxalq Mərkəzinin üzvlüyünə dəvət edilib. Səfər çərçivəsində Serbiyanın paytaxtı Belqradda Serbiyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü cənab Boris Tadiçlədə də görüş keçirilib və fevral ayında Afina şəhərində keçiriləcək II Ali Qrup toplantısı və o cümlədən apreldə nəzərdə tutulmuş Bakı Forumu müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31