Rusiya telekanalında Azərbaycan diasporundan reportaj
16 Yanvar 2014 14:53 DiasporaMurmansk vilayətinin yerli telekanalı olan "TV-21" kanalında Azərbaycan haqqında məlumat, həmçinin bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının Rusiyadakı fəaliyyətini əks etdirən reportaj yayımlanıb. "OLAYLAR"-ın Diasporla Iş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, reportaj Azərbaycan xalqının dünyaya bəxş etdiyi elm və incəsənət nümayəndələrinin Rusiya ictimaiyyətinə təqdimatı ilə davam etdirilib. Reportajda əsas diqqət Azərbaycan iqtisadiyyatına, ölkəmizin regiondakı nüfuzuna, günü-gündən inkişaf etməsinə yönəldilib. Rusiya ictimaiyyətinə təqdim olunan reportajda diaspor təşkilatımızın və regionda yaşayan soydaşlarımızın bu ölkənin sosial və iqtisadi həyatında oynadıqları fəal rol əsas mövzulardan olub. Bundan başqa, Azərbaycan diasporunun Murmansk vilayətində Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər haqqında məlumat verilib, həmyerlilərimizin cəmiyyətə sürətlə inteqrasiya etdiyi vurğulanıb.