“Əgər uğursuzluq yoxdursa uğurlu hesab etmək olar”
Vüqar Abbasov: “Xaricdə olan diaspor təşkilatlarımız da bir-biri ilə rəqabəti buraxıb, rəqabət aparmalı olduqları diasporlarla rəqabətdə olmalıdırlar”
27 Dekabr 2013 17:15 DiasporaAzərbaycan - Niderland Jurnalistlər Birliyinin üzvü, Niderlandda yaşayan soydaşımız Vüqar Abbasov 2013-cü ildə Azərbaycan diasporunun fəaliyyəti barədə fikirlərini "OLAYLAR"a şərh edib. Vüqar Abbasov bildirib ki, yola salmaqda olan ildə diasporumuzun fəaliyyətində də elə bir yenilik görmədim. Vüqar Abbasov bu zaman tək Niderlandı deyil, ümum i gəldini nəticəni qeyd edib. "Təbii ki, digər ölkələrlə bağlı məlumatları ancaq mətbuatdan izləmək və dostlardan duymaq imkanım var. Oxuduğum və duyduğum bir yenilik olmadı. Niderland da bu sıradan kənar deyil" deyə Vüqar Abbasov öz fikirlərini ifadə edib.
V.Abbasov bu zaman bir istisnanı qeyd edib: "Ancaq bu ilin sonlarında Niderlandın Den Haaq şəhərində açılan Azərbaycan məktəbinin ("Ana Vətən " Qadınlar Birliyinin təşəbbüsü ilə) açımasını çıxmaq şərti ilə elə bir yenilik görmədim. Mənim diqqətimi bir də Niderlandın Limburq vilayətində fəaliyyət göstərən həmyerlilərimizin (Vahid Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik Cəmiyyəti) təşəbbüsü ilə yerli mətbuatda çıxan məqalələr çəkdi. Bir təşkilatımız da (Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi) da özünün iyirmi illiyini qeyd etdi. Ümumiyyətlə, avropalıların dili ilə desək, əgər uğursuzluq yoxdursa uğurlu hesab etmək olar. Bu cür yanaşsaq ötən ili uğurlu adlandıra bilərik. Görülməli olan işlərə və görülən işlərə nəzər salanda isə bunu deyə bilmərəm".
Vüqar Abbasov qarşıda görüləsi bir çox işlərin olduğunu qeyd edib: "Bizim görəcəyimiz çox işlər var. Ümid edirəm ki, növbəti ildə hər kəs öz işinə bir daha nəzər salacaq və etməli olduqları işləri edəcəklər. Xaricdə olan diaspor təşkilatlarımız da bir-biri ilə rəqabəti buraxıb, rəqabət aparmalı olduqları diasporlarla rəqabətdə olmalıdırlar. Fürsətdən istfadə edərək bütün xalqımızı Yeni il münasibətilə təbrik edir, xoş arzularımı bildirəm".