“Dərbənd azərbaycanlılarının problemi dövlətin diqqətindədir”

Bəhruz Quliyev: “Filialın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət Kampaniyası” ilə dünya ictimaiyyəti Azərbaycan həqiqətlərilə hərtərəfli məlumatlandırıldı”

Dünyanın 5 qitəsində sayı milyonlarla ölçülən Azərbaycan türkü yaşayır. Azərbaycan diasporunun yayılma coğrafiyasının geniş olması ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında müstəsna xidmətləri var. Əvvəllər Azərbaycan diasporası rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilirdisə, dövlətin apardığı xarici siyasətin məntiqi nəticəsidir ki, xaricdəki diaspora qurucluğunda əhəmiyyətli addımlar atılıb. Xaricdə yaşayan azərbaycanlılar dövründən asılı olmayaraq, həmişə milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlayıb, Azərbaycanla mütəmadi əlaqələr saxlayıblar. Bu gün dünyanın müxtəlif ölkələrində olan Azərbaycan diasporasının əsas fəaliyyət mexanizminin mərkəzində azərbaycançılıq ideologiyasının təbliğ olunması dayanır. Xaricdəki diasporanın məqsədlərinə Azərbaycan mədəniyyətini təbliğ etmək, dilini təbliğ və tədris etmək, ölkəmizlə bağlı kütləvi - mədəni tədbirlərin keçirilməsi, ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatında iştirak etmək, mövcud olduğu ölkə ilə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişaf etdiriilməsinə zəmin yaratmaq, informasiya - tədqiqat işi ilə məşğul olmaq, Azərbaycan naminə lobbiçilik etmək və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini təmin etmək daxildir. Bu baxımdan 2013-cü il Azərbaycan diasporası üçün bir sıra aktivliklərlə yadda qaldı. İl ərzində Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında və Dərbənddə yaşayan azərbaycanlılara dövlət diqqətinin ayrılması məsələləri gündəmə gəldi. Keçən illər ərzində həmçinin müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporasının Ermənistan diaspor təşkilatlarının üstələməsi ilə də xarakterikdi. Bu və ya digər məsələlər barədə görülən işlərə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev münasibət bildirdi. Bəhruz Quliyev bildirdi ki, diaspora sahəsindəki fəaliyyət barədə ilk tapşırığı 90-cı illərin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ölkə xaricində yaşayan azərbaycanlıları birləşdirmək məqsədilə müxtəlif dövlət proqramları həyata keçirildi. Həmin dövrlərdən başlayaraq, diaspora məsələsi Azərbaycan dövlətinin prioritet məsələlərindən birinə çevrildi. Bu məqsədlə Bakıda Dünya Azərbaycanlılarının Qurultayı keçirildi. İlk dəfə olaraq dünyanın mütxəlif ölkələrində yaşayan azərbaycanlıların öz ölkələrində bir araya gəldiklərini deyən baş redaktorun sözlərinə görə, sonrakı dövrlərdə də diaspor təşkilatlarının qurultayının keçirilməsi tendensiyası bu gün artıq ənənə halına düşüb: "Diaspora quruculuğu siyasətinin təməlini məhz ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasətə uyğun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Hal-hazırda da bu siyasət cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın xaricdə tanınması, xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi, Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılması məqsədilə böyük işlər görülür. 2013-cü il də bu müstəvidə uğurlu oldu. Diaspora təşkilatlarının da bu sahədə Azərbaycan adına vacib addımları atılıb. Rusiya, Amerika və Avropa dövlətlərində fəaliyyət göstərən diaspor komitələri aktiv fəaliyyət mexanizminə malikdirlər. Azərbaycanın həmçinin xaricdə diaspora fəaliyyəti göstərən kifayət qədər diaspor birlikləri var. Eyni zamanda Azərbaycan həqiqətlərinin Heydər Əliyev Fondunun Rusiya filialınınyinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Filialın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət Kampaniyası" ilə dünya ictimaiyyəti Azərbaycan həqiqətlərilə hərətərəfli məlumatlandırıldı. Bu istiqamətdə Rusiya, ABŞ və Avropada böyük işlər görüldü, sərgilər təşkil edildi, kütləvi tədbirlər həyata keçirildi. Xocalı Soyqırımının tanıdılması, Azərbaycanın işğal altında olan torpaqlarında baş verən proseslərin dünyaya çatdırılmasında Leyla Əliyevanın böyük fəaliyyəti olub. 2013-cü il ərzində də eyni istiqamətdə Azərbaycan üçün əhəmiyyətli olan addımlar atılıb. Ümumilikdə bu ili diaspora fəaliyyətində uğurlu il hesab etmək olar". Son zamanlarda Azərbaycan diasporasının Ermənistan diaspor təşkilatlarının fəaliyyətini üstəlməsi məsələsinə toxunan Bəhruz Quliyev bildirdi ki, bir neçə il bundan qabaq diaspora fəaliyyətini həyata keçiriən qurumların sayı az idi. Pərakəndə şəkildə yaradılmış ictimai birliklərin təsir mexanizimi də zəifdi. Hətta Dağlıq Qarabağın təbliğatı baxımından ermənilərdən geri qalırdıq. Amma son 15 ildə Azərbaycan reallıqlarının dünyaya çatdırılması, o cümlədən Dağlıq Qarabağ müanqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi sahələrində uğurlu işlər həyata keçirilir. B.Quliyev hesab edir ki, Azərbaycanın təbliğat işi və beynəlxalq ictimiayyəti məlumatlandırmaq məqsədilə görülən işlər erməniləri bir neçə dəfə üstələyib: "Diaspora təşkilatları həm internet resursları, həm dünya ölkələrində keçirilən tədbirlər vasitəsilə, ayrı-ayrı dövlətlərdəki Azərbaycan səfirlikləri, diplomatik korpusları, diaspora nümayəndəlikləri Azərbaycanı dünyaya möhtəşəm dövlət kimi təqdim edə bilirlər. Ölkədə baş verən proseslər, Azərbaycanın dinamik inkişafı artıq dünya birliyinin nəzərinə çatdırılıb. Bu gün istənilən məsələ barədə təbliğatımız ermənilərdən çox üstündür, bir neçə ildir ki, "təbliğat maşını" tam gücü ilə işə düşüb. Dünyanın əsl reallığı görməsi baxımından bunlar vacib işlərdir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində də diaspora təşkilatlarının həyata keçirdikləri təbliğat böyük rol oynayır. Dünya artıq Azərbaycan reallıqlarını görür, ona hüquqi və siyasi qiymətini verir. Ulu öndər Heydər Əliyev hər dəfə xaricə səfərə gedəndə xəritənin qarşısında dayanıb bir-bir Dağlıq Qarabağın işğalı barədə izahat verirdisə, bu gün artıq bütün Azərbaycan həqiqətləri dünyaya məlumdur. Görülüən işlər uğurla davam etdirilən daxili və xarici siyasət bütün istiqamətləri əhatə etməyi bacarırır. Ulu öndər Heydər Əliyev o dövrlərdə təkcə, təbliğatı qururdusa, bu gün artıq Azərbaycan diasporası, eyni zamanda ölkə daxilində görülən işlər bütün dünyaya dəqiqliyilə çatdırılıb. Beynəlxalq ictimaiyyət aparılan aktiv siyasətə görə, Azərbaycan həqiqətlərini qəbul edir. Görülmüş işlər və yaxın gəlcəkdə mühüm layihələrin həyata keçirilməsi Azərbaycan adına mühüm faktordur. Həmin amillər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətimizin ədalətli mövqeyinin qəbul edilməsində xüsusi əhəmiyyət kəsb edir. İnandırıcıdır ki, Dağlıq Qarabağla bağlı təbliğat mexanizmi yaxın gəlcəkdə öz müsbət nəticəsini ortaya qoyacaq. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə qərəzzsiz və dəqiq çəkildə çatdırılması mexanizmi daha da inkişaf etdirilməlidir". Azərbaycan dövlətinin və diaspor təşkilatlarının Dərbənddə yaşayan azərbaycanlıların problemlərini diqqətdə saxlaması amilinə toxunan baş redaktor vurğuladı ki, Dərbənddə yaşayan azərbaycanlılarla bağlı Azərbaycanda böyük işlər həyata keçirilir. İnsanların bu məsələdə bilmədiyi bir çox amillər var: "Dərbənd azərbaycanlılarının problemlərilə əlaqədar yaxın gələcəkdə bir sıra işlərin reallaşdırılması üçün işlər aparılacaq. Hətta Dərbənddə Azərbaycan Universitetinin filialı açıldı. Şəhərdə azərbaycanlı tələbələrin təhsil almaları üçün münbit şərait yaradılıb. Dövlət tərəfindən Dərbənddə yaşayan soydaşlarımızın problemlərinin həll edilməsi istiqamətində aktiv siyasət həyata keçirilir. Ümumilikdə isə dövlətin Dərbənddəki azərbaycanlıların rifah halının yaxşılaşdırılması üçün gördüyü işləri uğurlu hesab etmək olar. Bu isə Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlıları həmişə diqqətdə saxlamasının təzahürüdür. Çünki cənab prezident İlham Əliyev çıxışlarının birində dedi ki: "Mən 9 milyonun yox, 50 milyon azərbaycanlının prezidentiyəm". Qeyd edək ki, İnkişafın bütün mərhələlərində xüsusən , Azərbaycan xalqının təşəkkülü prosesində milli birlik ideyalarının yenidən formalaşması və təkmilləşməsi Azərbaycan milli şüurunun beynəlxalq aləmdə qəbul edilib, başa düşülməsi bu günkü inkişafımızın prioritet məsələlərindəndir. Müasir dövrün tələblərinə uyğun olaraq, qloballaşan dünyada inteqrasiya etmək və eyni zamanda bu proses zamanı xalqların öz milli dəyər və xüsusiyyətlərini qoruyub saxlaması zərurəti meydana çıxır. Əlbəttə, bu zərurət hər şeydən əvvəl xalqın və cəmiyyətin milli şuurunda öz əksini tapmalı, mövcud beynəlxalq situasiyadan milli dəyərlərə ziyan gətirmədən istifadə olunmalıdır. Tarixən müxtəlif dövlətlərin maraq obyektinə çevrilmiş Azərbaycanın Şərq və Qərb arasındakı əhəmiyyətli coğrafi mövqeyi, dünya siyasəti və dövlətlərinin ona bu konteksdə yanaşması, xarici iqtisadi və siyasi müdaxilə xalqımız içərisində vahid birlik ideyalarının yeni formada yaranıb inkişaf etməsinə səbəb olmuşdur. Həmin birliyin inkişafı və möhkəmləndirilməsi təkcə Azərbaycan Respublikası vətəndaşlarından deyil, həm də bütün dünyaya səpələnmiş soydaşlarımızın təşəbbüskarlığından, səyindən və fəaliyyətindən asılıdır. Azərbaycan diasporunun inkişafına dövlət qayğısı bu gün daha da güclənib. Ulu Öndər Heydər Əliyevin bu sahədə tövsiyyələri, qarşıya qoyduğu mühüm vəzifələr və tapşırıqlar, dövlətin siyasi xətti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. İnanırıq ki, həmin qayğı gündən günə artacaq və Azərbaycan diasporu xarici ölkələrdə yaşayan diasporalar arasında öncüllərdən biri olacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31