Kanada azərbaycanlıları və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatları

Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Kanadadır. Azərbaycanlıların Azərbaycanlıların Kanadaya mühacirəti əsasən XX əsrin əvvəllərindən etibarən başlayıb. Cənubi Azərbaycanda baş verən ictimai-siyasi proseslər, bununla paralel olaraq Azərbaycan Demokratik Respublikasının süqutu soydaşlarımızın Kanadaya mühacirətini intensivləşdirib. Azərbaycanlıların Kanadaya kütləvi mühacirəti 1940-cı illərdən sonra baş verib ki, bunun nəticəsində soydaşlarımız Ontario, Ottava, Monreal, Kvebek və digər şəhərlərdə məskunlaşıblar. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Kanada azərbaycanlılarının fəaliyyətində canlanma yaranıb. 1989- 90-cı illərdə Şimali Azərbaycandan Kanadaya mühacirət prosesinin güclənməsi buradakı diasporumuzun daha da təkmilləşməsinə şərait yaratdı. Hazırda Kanadada 170 minə qədər azərbaycanlının yaşadığına dair məlumatlar var. Onlar əsasən Azərbaycand, İran, Şərqi Avropa və Türkiyədən gələrək Kanadada məskunlaşan azərbaycanlılardır. Azərbaycan diasporasının məlumatına görə isə, Kanadada 275 min azərbaycanlı yaşamaqdadır. Onlardan 100 mini İran azərbaycanlıları, 50 mini Kanadada anadan olmuş azərbaycanlılar, təqribən 125 mini isə başqa ölkələrdən gəlmiş azərbaycanlılardır. Göründüyü kimi Kanadada yaşayan azərbaycanlıların əksəriyyətini cənublular və türkiyəli azərbaycanlılar təşkil edir. Azərbaycanlıların Kanadaya mühacirəti tarixinə nəzər salsaq görərik ki, Kanadada məskunlaşmış ilk azərbaycanlılar 1930-cu illərdən ərazidə məskunlaşmış İran azərbaycanlılarıdır. Azərbaycan mühacirlərinin ikinci dalğası isə 1950-ci illərə təsadüf edir. İmmiqrasiyanın üçüncü dalğası soyuq müharibə dövrünə, Kanadaya çox sayda SSRİ-dən immiqrantın, o cümlədən azərbaycanlıların gəldiyi dövrə təsadüf edir. Dördüncü dalğa 1979-cu ildən sonraya, İran inqilabı baş verdiyi dövrə təsadüf edir. Bu zaman çox sayda etnik iranlılar, o cümlədən azərbaycanlılar Kanadaya mühacir ediblər. Beşinci dalğa isə SSRİ-nin dağıldıqdan sonrakı dövrü əhatə edir. Onu da qeyd etmək yerinə düşər ki, cənublu soydaşlarımız bu ölkədə güclü maddi və intellektual imkanlara malikdirlər. Azərbaycanlıların Kanadada təşkil etdiyi tədbirlər siyahısına etiraz çıxışları, lobbiçilik, kütləvi informasiya vasitələri sahəsində təbliğat, iki tərəfli əlaqələr, Kanada-Azərbaycan münasibətlərinin inkişafı və s. daxildir. Kanada azərbaycanlılarının kütləvi informasiya vasitələrində fəaliyyətini qismən müsbət qiymətləndirmək olar. Azərbaycanlılar burada 1992- ci ildən etibarən təbliğat işinə diqqət yetirməyə başlayıblar. Hazırda Kanadada azərbaycanlılar tərəfindən təsis olunmuş "Odlar Yurdu" radiosu yayımlanır. Bundan başqa, əvvəllər "Qurtuluş" jurnalı yayınlanırdı. Sonradan onu "İldırım" jurnalı əvəz elədi. İlk zamanlar "Azerbaijan Post" qəzeti nəşr edilirdi. Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) təşəbbüsü ilə Kanadada "AzCan TV" adlı Azərbaycan telekanalı açılıb. KADF ilə RO GERS TV arasında bağlanan müqaviləyə əsasən, sentyabrın 1-dən efirə çıxan "Az Can TV" ilk mərhələdə həftədə 1 saatlıq proqramla RO GERS TV-nin nəzdində fəaliyyət göstərir.

Hazırda Kanadada bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onlardan da biri Alberta Azərbaycan Mədəniyyət Mərkəzidir. Alberta Azərbaycan Mədəniyyət Mərkəzi Kanada Azərbaycan Təşkilatları Assambleyasının üzvüdür. Mərkəz 2006-cı ildə təsis edilib. Mərkəzin məqsədi Kanada və Azərbaycan icmaları arasında körpü rolunu oynamaq, bu ölkədə Azərbaycan mədəniyyəti, tarixi və ənənələrini yaşadaraq təbliğ etmək, eyni zamanda, Kanada mədəniyyəti, ənənələr və həyat tərzini öyrənməkdir. Bu baxımdan Alberta Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif araşdırmalar aparılır və müvafiq layihələr həyata keçirilir. Mərkəz müxtəlif yerli təşkilatlarla, insan haqları, ekoloji təşkilatlarla sıx əməkdaşlıq edir. Alberta Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Sabina İskəndərovadır.

Bu ölkədə fəaliyyət göstərən digər bir diaspor təşkilatı Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyasıdır. Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası 2007-ci ilin yanvarında bir sıra diaspor təşkilatları tərəfindən təsis edilib. Assosiasiyada Kanadanın müxtəlif yerlərində fəaliyyət göstərən 10 diaspor təşkilatı təmsil olunur. Assosiasiya fəaliyyətini Kanadada Azərbaycan həqiqətlərinin yayılması, respublikamız barədə dolğun təsəvvürün formalaşdırılması istiqamətində qurub. Assosiasiya, həmçinin, Azərbaycan cəmiyyətlərinin fəaliyyətlərini koordinasiya edir. Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası bundan başqa Kanadada təhsil alan azərbaycanlı tələbələrə də xüsusi diqqət ayırır. Burada isə məqsəd soydaşlarımıza kömək etmək, istedadlı gəncləri üzə çıxarmaq, həmin gənclərin ictimai işlərdə yaxından iştirakını təmin etməkdən ibarətdir. Kanadada Azərbaycan həqiqətlərinin yayılması məqsədilə Assosiasiya tərəfindən bu ölkənin universitetlərində konfranslar keçirilir, tələbə cəmiyyətlərinin təşkilatcılığı ilə aksiyalar təşkil olunur. Hazırda Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının fəaliyyəti müsbət nəticələr verməkdədir. Dünyanın tanınmış ictimai-siyasi, elm xadimlərinin təşkilatın Kanadada keçirdiyi tədbirlərə qatılması ilə bir sıra uğurlar əldə edilib. İndi bu ölkənin ictimaiyyəti də Azərbaycan barəsində ətraflı məlumatlanmaqdadır. Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri İlham Axundovdur. 2009-cu ilin may ayında isə Toronto şəhərində Kanada Azərbaycan Assosiasiyaları Assambleyasının I qurultayı kecirilib. Toplantıda çıxış edən assambleyanın sədri İlham Axundov qurumun 2007-ci ilin dekabr ayında keçirilmiş təsis qurultayından bu gunə qədər olan fəaliyyəti ilə bağlı geniş məruzə edib. Məruzədə siyasi, humanitar və təhsil sahələrində həyata kecirilən layihələrdən, Kanada Federal və bolgə parlamentləri ilə birlikdə gorulənişlərdənvə Kanadadakı Azərbaycan icmasının mutəşəkkilliyindən bəhs olunub. Qurultayda, həmcinin Ontario Azərbaycanlıları Assosiasiyasının sədri Cavad Zərrin, Ottava Azərbaycan İcmasının sədri Yaşar Muğan, Azəri-Turk Dunya Qadınları Cəmiyyətinin sədri Kəmalə Şiriyeva da cıxış ediblər. Kanada-Azərbaycan İncəsənət Cəmiyyətinin sədri Yusif Savalan və Alberta Azərbaycan Mədəniyyət Mərkəzinin vitse-prezidenti Səbinə İsgəndərova çıxışlarında təmsil etdikləri qurumların Assambleyaya uzv qəbul edilməsini xahiş ediblər. Qurultay hər iki təşkilatı KATA-nın uzvluyunə qəbul edib və bununla da Assambleyaya daxil olan diaspor təşkilatlarının sayı 13-ə catıb. Qurultayda Azərbaycan Respublikasının Kanadadakı Fovqəladə və səlahiyyətli səfiri cıxış edərək Azərbaycan-Kanada dovlətlərarası munasibətləri yuksək qiymətləndirib, Kanadada Azərbaycan diasporuna yaşadıqları olkədə oz movqelərinin daha da guclənməsi istiqamətində aktiv fəaliyyət gostərməsini tovsiyə edib. Diasporla İş uzrə Dovlət Komitəsinin təmsilciləri isə Azərbaycan dovlətinin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gostərdiyi qayğının nəticəsi kimi Kanadada yaşayan soydaşlarımızın Azərbaycanı tanıtmaq istiqamətində apardıqları işlərə gələcəkdə daha boyuk dəstəyin veriləcəyini qurultay iştirakçılarına bildirilib. Millət vəkili Y.Ratansi isə Kanadada fəaliyyət gostərən Azərbaycan cəmiyyətlərinin uğurlu fəaliyyətinə, Kanada və Azərbaycan xalqları və dovlətləri arasında əməkdaşlığın inkişafında gostərdiyi səylərə gorə Kanada-Azərbaycan Təşkilatları Assambleyasına "Nailiyyət Sertifikatı" təqdim edib. Qurultayda Assambleyanın novbəti muddət üçün iş planı və qurumun rəhbər orqanları seçilərək toplantının qətnaməsi qəbul edilib.

Bu ölkədə fəaliyyət göstərən digər bir diaspor təşkilatı Kanada Azərbaycan Təşkilatları Federasiyasıdır. 2005-ci il aprel ayının 16-da Kanadanın Toronto şəhərində Kanada-Azərbaycan əməkdaşlıq Assosiasiyası, Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzi, Kanada Azərbaycan Qadınları Assosiasiyası, Azərbaycan-Kanada Dostluq Cəmiyyəti, Kvebek Azərbaycanlıları Assosiasiyası, Ontario Azərbaycanlıları Cəmiyyəti, Kanada Azərbaycan Alyansının iştirakı ilə Azərbaycan təşkilatları Federasiyasının ilk təsis konfransı keçirilib. Konfransda Kanada Azərbaycan Təşkilatları Federasiyasının yaradılmasının əhəmiyyətindən, məqsədlərindən danışılıb və Azərbaycan diaspor quruculuğu problemlərinin həlli istiqamətində atılacaq addımların səmərəliliyini təmin etmək üçün Kanadadakı cəmiyyətlərin vahid bir mərkəzdən fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb. Konfrans iştirakçıları Azərbaycan icmalarının fəaliyyətini koordinasiya edən yeni qurumun yaradılması işini alqışladıqlarını bəyan ediblər. İştirakçılar Federasiyanın yaranmasını təqdirəlayiq hadisə hesab etdiklərini və təşkilatların mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərməsinin ümumi məqsəd və amallara nail olmaq üçün münbit şərait yaradacağına əminliklərini vurğulayıblar. Konfrans iştirakçıları yeni yaranan Federasiyanın Kanadadakı Azərbaycan diasporunun getdikcə güclənməsində, təşkilatlanmasında və beləliklə də cəmiyyətlərin fəaliyyətinin pərakəndəliyinə son qoyulmasında, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə düzgün çatdırılmasında mühüm rol oynayacağını bildiriblər. Aparılmış müzakirələrin nəticəsində konfrans iştirakçıları Federasiyanın yaranması ilə bağlı Bəyannamə imzalayıblar. Konfransın sonunda qurumun Nizamnaməsinin hazırlanması, qeydiyyatı və ilk qurultayına hazırlıq işləri idarə heyətinə həvalə olunub. Təsis konfransının qərarında ölkəmizin iqtisadi inkişafının sürətləndirilməsində Azərbaycan icmalarının potensialından da istifadə edilməsi, dilimizin, milli mənəvi dəyərlərimizin yaşadılması və təbliği, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və s. kimi mühüm məsələlərin Federasiyanın qarşısında əsas vəzifələr kimi qoyulduğu göstərilib.
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31